Icma.az
close
up
RU
Cəlilabadda əmisi tərəfindən baltalanan azyaşlı xəstəxanada öldü YENİLƏNİB

Cəlilabadda əmisi tərəfindən baltalanan azyaşlı xəstəxanada öldü YENİLƏNİB

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Əmisi tərəfindən baltalanan 14 yaşlı Nağıyeva Həqiqətin görüntüsü yayımlanıb.

Teleqraf vəfat edən qızın fotosunu təqdim edir.

***

20:55

Əmisi tərəfindən baltalanan iki azyaşlıdan biri, 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı xəstəxanada vəfat edib.

Teleqraf-ın cənub bürosunun verdiyi məlumata görə, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Digər azyaşlının müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

19:38

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Teleqraf-ın cənub bürosuna verdiyi məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.

"01.02.2026-cı il tarixində saat 17:00 radələrində xəsarət alması səbəbilə 2 nəfər (1-i qadın, 1-kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir", - xəstəxanadan bildirilib.

***

18:48

Cəlilabadda baş verən baltalanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın cənub bürosunun verdiyi məlumata görə, hadisə zamanı 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı əmiləri tərəfindən öz evlərinin həyətində balta ilə xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

İlkin məlumatlara əsasən, hadisəni törətməkdə şübhəli bilinən şəxs dörd dəfə məhkumluq həyatı yaşayıb. Eyni zamanda bildirilir ki, o, hadisəni törədərkən sərxoş vəziyyətdə olub.

***

17:50

Cəlilabadda əmi 12 və 14 yaşlı qardaşı qızı və oğlunu baltalayıb.

Teleqraf-ın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.

Kənd sakini şəxsi münasibətlər zəminində yaxın qohumlarına hücum edib. İlkin məlumata əsasən, o, 12 və 14 yaşlı qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib.

Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onların vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Dağıstandan yenicə qayıdıb və əvvəllər məhkumluq həyatı yaşayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:319
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Fevral 2026 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri