AZƏRBAYCANDA SİQARET BAHALAŞA BİLƏR Qiymət və tarix açıqlandı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
"AzPolitika" oxu.az-a istinadla xatırladır ki, bununla bağlı müvafiq qərar imzanaıb.
Qərara əsasən, bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının dərəcələri 2030-cu ilin sonunadək dəyişdirilir.
Belə ki, ölkəyə idxal olunan nərə balığı kürüsü üçün gömrük rüsumu 15 faiz, lakin hər kiloqram üçün 200 ABŞ dollarından az olmamaq şərtilə müəyyən edilib. Hazırda bu məhsul üzrə rüsum idxal dəyərinin 15 faizini təşkil edir.
Siqar, siqaret və siqarillalar üçün idxal gömrük rüsumu 15 faiz, lakin hər 1 000 ədəd üçün 3 ABŞ dollarından az olmamaq şərtilə müəyyənləşdirilib. Hazırda bu göstərici hər 1 000 ədəd üçün 0.5 ABŞ dollarıdır.
Araşdırmamıza görə, idxal statistikasına əsaslanan hesablamaya görə, yeni rüsumun siqaretin bir qutusuna ƏDV daxil orta təsiri təxminən 15-20 qəpik təşkil edə bilər.
Qərar 2027-ci il fevralın 11-dən qüvvəyə minəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 Noyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















