Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Keçmiş gələcəyi “zəncirləyir”

Keçmiş gələcəyi “zəncirləyir”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxud Ermənistanda Müstəqillik Bəyannaməsi və yeni konstitusiya ətrafında gedən müzakirələr barədə

Ermənistanın siyasi həyatında elə müzakirələr qabarır ki, onların əsl mahiyyəti yalnız ölkənin daxili siyasi gündəliyi ilə məhdudlaşmır, bütövlükdə, Cənubi Qafqazın gələcəyinə, regionda sülh və təhlükəsizlik perspektivlərinə təsir göstərir. Müstəqillik Bəyannaməsi və yeni Konstitusiya ətrafındakı diskussiyalar bu qəbildəndir. Əslində, bu sənədlərlə əlaqəli fikir ayrılığı Ermənistanın hansı siyasi fəlsəfə əsasında inkişaf edəcəyinə, qonşuları ilə münasibətləri necə quracağına və gələcək nəsillərə hansı yönümlü dövlət mirası qoyacağına dair mübahisədir. Bu mənada, “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın Müstəqillik Bəyannaməsi ilə bağlı son açıqlaması diqqət çəkməkdədir. O bildirib ki, bəyannamə erməni dövlətçiliyinin təməl sənədi, xalqın iradəsinin ifadəsidir.

Karapetyanın “Ermənistan Respublikasının əhalisinin 90 faizinin hansısa məsələdə yekdil olduğu bir hadisə olubmu?” sualı bir çox mətləblərdən xəbər verir və heç də ritorik olmayan başqa sual doğurur: Erməni cəmiyyətinin bəyannaməyə iddia olunan geniş dəstəyi həmin sənəddəki bütün siyasi müddəaları, o cümlədən qonşu dövlətlərin suverenliklərinə və ərazi bütövlüklərinə toxunan iddiaları dəyişməz həqiqətə çevirə bilərmi?

Məlum olduğu kimi, Ermənistanın Müstəqillik Bəyannaməsi təkcə onun müstəqillik arzusunu və dövlət quruculuğu niyyətini ifadə etmir. Sənəddə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurası adlı oyuncaq qurumun “birləşmə” haqqında qərarına istinad olunur. Bu istinad Ermənistanın müstəqillik ideyasını Azərbaycan ərazilərinə dair iddialarla əlaqələndirən siyasi-hüquqi xəttin əsasını təşkil edir. Başqa sözlə desək, sənədin mübahisə doğuran məqamı erməni xalqının müstəqil yaşamaq istəyində deyil, həmin istəyin qonşu xalqın torpaqlarına yönəlmiş iddialarla bir araya gətirilməsindədir. Aydındır ki, dövlətçilik anlayışı belə ziddiyyətləri qəbul etmir. Axı müstəqilliyin təməli başqa dövlətin ərazisinə iddia irəli sürmək, qonşunun suverenliyini şübhə altına almaq və tarixi mübahisələri siyasi proqram səviyyəsinə qaldırmaq üzərində qurula bilməz. Bəli, yetkin siyasi cəmiyyət öz dövlətinin gələcəyinə təsir göstərən sənədləri zamanın dəyişən şərtləri, beynəlxalq hüquq və milli maraqlar baxımından yenidən nəzərdən keçirməyi bacarmalıdır. Amma erməni cəmiyyəti, böyük ölçüdə, bunu bacarmır. Digər tərəfdən, N.Karapetyanın açıqlamasında Müstəqillik Bəyannaməsinin qondarma “erməni soyqırımı” ilə bağlı müddəalarına xüsusi diqqət yetirməsində yumşaq desək, yanlışlıq var. Məsələ ondadır ki, ümumən tarixi faciələrin xatırlanması, qurbanların anılması və milli yaddaşın qorunması hər bir xalqın mənəvi haqqıdır. Lakin tarixi yaddaşın qorunması ilə həmin yaddaşın müasir dövlətlərarası münasibətlərdə ərazi iddialarının əsaslandırılması üçün siyasi vasitəyə çevrilməsi arasında ciddi fərq var. Nəzərə alaq ki, tarix gələcək nəsillərin siyasi taleyini müəyyənləşdirən daimi qarşıdurma mənbəyinə çevrilməməlidir.

Ermənistanın siyasi dairələri bu həqiqəti qəbul etməlidirlər ki, tarixi yaddaşın siyasi iddialarla eyniləşdirilməsi ölkəni gələcəyə deyil, keçmişin münaqişələrinə bağlayır, onların əsirinə çevirir. Habelə, belə yanaşma cəmiyyətdə barışıq və əməkdaşlıq düşüncəsinin formalaşmasına maneçilik törədir. Nəticədə, yeni nəsillərin dünyagörüşü qarşıdurma stereotipləri üzərində qurulur. Müstəqillik Bəyannaməsinin ətrafında yaradılan toxunulmazlıq atmosferi də məhz bu baxımdan təhlükəlidir.

Ümumən, hansısa sənədin xalqın iradəsinin mütləq və dəyişməz ifadəsi kimi təqdimatı onun məzmunu barədə açıq müzakirəni məhdudlaşdırır. Çünki xalqın iradəsi yalnız bir dəfə qəbul edilmiş sənəddə deyil, dəyişən tarixi şəraitdə öz gələcəyini müəyyənləşdirmək hüququnda təzahür etməlidir. Bu anlamda N.Karapetyanın “90 faiz” arqumenti üzərində ayrıca dayanmağa ehtiyac var. Əvvəla, bu rəqəmin hansı sorğuya və metodologiyaya əsaslandığı açıqlanmır. İkincisi, siyasi bəyanatda səsləndirilən faiz göstəricisi özlüyündə ictimai rəyin obyektiv ölçüsü sayıla bilməz. Üçüncüsü, hətta belə geniş ictimai dəstəyin mövcudluğu təsdiqlənsə belə, bu, Müstəqillik Bəyannaməsinin bütün müddəalarının beynəlxalq hüquq baxımından əsaslılığı demək deyil.

***

Hazırda Ermənistan cəmiyyətində Müstəqillik Bəyannaməsi və yeni konstitusiya məsələləri müzakirəsi xüsusunda ortaya daha bir sual da çıxır: Müstəqillik Bəyannaməsini dəstəkləmək ölkənin müstəqil və təhlükəsiz gələcəyini dəstəkləməkdir, yoxsa onun mübahisəli müddəalarını dəyişməz siyasi öhdəliyə çevirmək? Bu iki yanaşma arasında fərq qoyulmadıqca, Ermənistanın yeni konstitusiya ilə bağlı müzakirələr də mahiyyətcə köhnə siyasi ziddiyyətlərin təkrarına çevriləcək. Elə çevrilir də. Erməni cəmiyyəti düşünməlidir ki, yeni konstitusiyanın qəbulu baxımından qarşıya qoyulmuş ölkənin hüquqi sistemini müasir tələblərə uyğunlaşdırmaq, dövlət institutlarını gücləndirmək məqsədi davamlı sülh üçün siyasi-hüquqi zəmin yaratmaq şansıdır. Habelə, proses keçmişin mübahisəli ərazi iddialarından uzaqlaşmaq üçün real imkandır. O mübahisə ki, erməni xalqına əzab və məşəqqətdən başqa heç nə yaşatmayıb. Yeri gəlmişkən, mövcud məqamı Baş nazir Nikol Paşinya da dəfələrlə vurğulayıb. Amma...

Azərbaycan dövlətinin təmsilçiləri də bəyan ediblər ki, Ermənistanın konstitusion və hüquqi sənədlərində ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması davamlı sülhün mühüm şərtlərindəndir. Bu mövqe, heç bir halda, müstəqil dövlətin daxili siyasi sisteminə müdaxilə deyil. Bu mövqe Bakı-İrəvan münasibətlərinin beynəlxalq hüququn fundamental prinsipləri əsasında qurulması zərurətinin vurğulanmasıdır. Nəzərə alaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin ruhu və məntiqi məhz qarşılıqlı şəkildə suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınmasını tələb edir.

Bəli, Ermənistanda Müstəqillik Bəyannaməsinin dəyişməz siyasi simvol kimi təqdimatı, yeni konstitusiyanın hazırlanmasının milli kimliyə təhlükə kimi göstərilməsi erməni cəmiyyətinin gələcəyi ilə bağlı müzakirələri emosional müstəviyə çəkir. Halbuki müzakirənin mərkəzində daha praktik suallar dayanmalıdır. Məsələn, Ermənistan necə təhlükəsiz dövlətə çevriləcək? Ölkə regiondakı iqtisadi imkanlardan necə faydalanacaq? Onun qonşularla münasibətləri hansı hüquqi prinsiplər üzərində qurulacaq? Nəhayət, erməni cəmiyyəti gələcək nəsillərə münaqişə, yoxsa əməkdaşlıq miras qoyacaq? Bu suallara praqmatik cavab keçmişin siyasi şüarlarında deyil, gələcəyin real ehtiyaclarındadır.

Tam əminliklə deyə bilərik ki, Ermənistanın təhlükəsizliyi qonşularına qarşı iddiaların qorunmasında yox, həmin iddialardan imtina etməklə etimad mühitinin yaradılmasındadır. Başqa sözlə desək, ölkənin iqtisadi inkişafı təcridçilik və qarşıdurma siyasətindən uzaq durmaqla, regional nəqliyyat, ticarət və kommunikasiya imkanlarından bəhrələnməkdədir. Deməli, sülhün də alternativi yoxdur və bu, Ermənistanın bütün siyasi kəsimləri tərəfindən dərk edilməlidir.

Sonda bildirdiklərimiz fonunda N.Karapetyanın 90 faizlik dəstək barədə yuxarıda qeyd etdiyimiz ritorik sualına qarşılıq başqa da suallar verək: Ermənistan əhalisinin 90 faizi ölkəsinin təhlükəsiz, firavan və münaqişəsiz gələcəyini istəmir? Əgər firavan gələcək istəyi cəmiyyətin böyük əksəriyyətini birləşdirirsə, onda həmin istəyə çatmağa mane olan siyasi müddəaların toxunulmaz elan edilməsi, bir növ ehkamlaşdırılması nə anlam daşıyır? Yəni əsl milli həmrəylik məhz bu suallara rasional cavabların verilməsindən başlayır. Erməni cəmiyyətində isə hələlik belə bir həmrəylik görünmür.

Əvəz RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Noyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri