Icma.az
close
up
RU
Cəlilabadda faciə: əkizlər doğuşdan sonra ÖLDÜ

Cəlilabadda faciə: əkizlər doğuşdan sonra ÖLDÜ

Cəlilabad rayonunda doğuşdan sonra əkiz körpələr vəfat ediblər.

Modern.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 22 dekabr tarixində saat 23 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə 2002-ci il təvəllüdlü hamilə qadın daxil olub.

Müayinə zamanı 24-25 həftəlik əkiz hamiləlik qeydə alınıb. Qadında vaxtından əvvəl doğuş prosesi başlayıb.

Saat 00:00-da çəkisi 700 qram olan (kişi cinsli) körpə, 00:10-da isə çəkisi 650 qram olan (qadın cinsli) körpə (ekstremal azçəkili dərin yetişməzliklə) doğulub.

Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 23 dekabr tarixində ölüm faktı qeydə alınıb.

seeBaxış sayı:82
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri