Icma.az
close
up
RU
Cəlilabadda kameralara düşən qətllə bağlı QƏRAR VERİLDİ VİDEO

Cəlilabadda kameralara düşən qətllə bağlı QƏRAR VERİLDİ VİDEO

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəlilabadda baş verən cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Modern.az-ın məlumatına görə, hadisə 2023-ci ilin oktyabr ayında baş verib.

Rəsmi açıqlamada bildirilib ki, oktyabrın 24-də 1977-ci il təvəllüdlü Xaqani Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Faktla bağlı Cəlilabad rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1998-ci il təvəllüdlü Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq materiallarına əsasən, hadisə günü Böyükxan Muradlı Cəlilabad şəhərində yerləşən apteklərdən birinin qarşısında Xaqani Əhmədliyə bıçaqla hücum edib. Müşahidə kameraları və şahid ifadələri sübut edir ki, T.Xaqani aptekdən çıxan zaman bıçaqlanıb, hadisə yerində təcili tibbi yardım göstərilsə də, Xaqani Əhmədli aldığı xəsarətlərdən dünyasını dəyişib.

Cinayəti törətdikdən sonra Böyükxan hadisə yerinə yaxın ərazidə onu gözləyən avtomobilə minib. Avtomobil onun qohumuna məxsus olub, sükan arxasında isə daha bir qohumu oturub. Onlar birlikdə hadisə yerindən uzaqlaşıblar. Məhkəmə Bötükxanın dostlarını cinayətin törədilməsində iştirak və yardım göstərməkdə təqsirli bilib. Polisin həyata keçirdiyi axtarış və əməliyyat tədbirləri nəticəsində onlar qısa müddət ərzində saxlanılıb və istintaqa cəlb olunublar.

İş materiallarında qeyd olunur ki, hadisədən əvvəl Böyükxan "TikTok" sosial şəbəkəsində emosional və təhqiramiz ifadələr işlədərək aqressiya nümayiş etdirib. Bu paylaşımlar istintaq tərəfindən təqsirləndirilən şəxsin cinayəti əvvəlcədən planlaşdırdığına dair dolaylı sübut kimi qiymətləndirilib.

O, məhkəmədə çox şey danışmayıb və bu cinayəti atasına qarşı olan hərəkətlərə görə törətdiyini bildirib.

İstitaqa verdiyi ifadədə Böyükxan deyib ki, Xaqani və onun bir neçə dostu təxminən 2014-cü ildə Bakı şəhərində atasını döyərək ona xəsarət yetirib. Lakin, həmin vaxt atası onlardan şikayət etməyib. Buna görə də həmin hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməyib və hər hansı araşdırma aparılmayıb. O da bu hərəkətinə görə Xaqanidən qisas alaraq onu öldürmək istəyib. O, təxminən bir neçə ildir ki, Xaqanini gördüyü vaxt onu öldürməyi qərara alıb.

Böyükxan Muradlı barəsində Cinayət Məcəlləsini 120.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməsi səbəbilə 10 il 9 ay, digər 2 şəxs barəsində isə məcəllənin 120.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdikləri üçün 10 il və 9 il 6 ay olmaqla həbs qərarı verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Aprel 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri