Orbanın qardaşı barədə həbs qərarı verildi
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı, iş adamı Aron Orbanın bir ay müddətinə həbs olunması barədə qərar qəbul edib. O, qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilinir.
Axar.az xəbər verir ki, bu barədə Budapeşt Şəhər Məhkəməsi məlumat yayıb.
Bildirilib ki, üç nəfərin barəsində həbs və ev dustaqlığı qərarlarının qəbul edilməsində onların istintaqdan yayınmaq ehtimalı, törədildiyi iddia olunan cinayətin ağırlığı və beynəlxalq əlaqələri nəzərə alınıb.
İstintaqın versiyasına görə, Aron Orban və onun işgüzar tərəfdaşları şəxsi əlaqələrindən istifadə edərək Vyetnam vətəndaşlarının pul müqabilində Avropaya köçməsinə kömək ediblər. Onların Macarıstanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə Şengen vizalarının rəsmiləşdirilməsinə yardım göstərdikləri və bunun qarşılığında şəxsi gəlir əldə etdikləri iddia olunur. Hesablamalara əsasən, 2024-cü ildə bu xidmətlərdən qanunsuz şəkildə 100-dən çox şəxs yararlanıb.
Qeyd edək ki, Aron Orban və iş üzrə daha üç nəfər noyabrın 9-da saxlanılıb. Həmin gün Budapeştdə və qonşu Peşt vilayətində axtarışlar aparılıb, sənədlər götürülüb.
Viktor Orban isə qardaşının həbsini özünə qarşı planın tərkib hissəsi adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 Noyabr 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















