Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Cəlilabadda məktəbdəki qısqanclığa görə qanlı hadisə baş verdi TƏFƏRRÜAT

Cəlilabadda məktəbdəki qısqanclığa görə qanlı hadisə baş verdi TƏFƏRRÜAT

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Cəlilabad rayonunda 1957-ci il təvəllüdlü Fərman orta məktəbdə xadimə işləyən arvadını qucaqlayan həmkəndlisi Aqili (adlar şərti verilib – red.) öldürməyə cəhd edib, onun həyat yoldaşı Fatiməyə xəsarət yetirib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, 2024-cü ilin sentyabr ayının sonlarında Fərman Cəlilabad rayonunun kəndlərindən birində tam orta məktəbin həyətində həmkəndlisi Aqilin onun arvadı Naziləni qucaqlayaraq öpdüyünü görüb. Gördüklərinə heç bir münasibət bildirməsə də, onların yaxın münasibətdə olmasından şübhələnib.

Həmin gün arvadı Nazilə ilə aralarında mübahisə baş verib və qadın valideynlərinin evinə gedib.

Nazilə bir müddət atası evində qaldıqdan sonra ötən il noyabrın 23-də öz evinə geri qayıdıb. Fərman arvadını görəndə yenidən Aqilin hərəkətlərini xatırlayıb. Qısqanclıq hisslərinin təsiri altında qisas almaq üçün Aqili öldürmək qərarına gəlib.

24 noyabr 2024-cü ildə saat 19 radələrində həyətən baltanı götürüb və Aqilin yaşadığı ünvana gəlib. Baltanı ev sahibinin başına vurmaq istəyib. Bu zaman Aqilin arvadı müqavimət göstərib, nəticədə sağ çiyin nahiyəsinə zərbə dəyib. Səs-küyə evin digər otağından hadisə baş verən otağa gəlmiş qızı və arvadının gözləri qarşısında Aqilə zərbələr vurub.

İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Arvadımı qucaqlayaraq öpdü”

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Aqillə aralarında ədavət var: “Arvadım Nazilə 2008-ci ildən orta məktəbdə xadimə işləyib.

2024-cü il sentyabrın sonlarında arvadımı xəstəliyilə əlaqədar bülleten alması üçün qonşumuz Bəhramın maşınında məktəbə apardım. Nazilə bülleteni götürmək üçün məktəb binasına daxil oldu. Mən avtomobildə onu gözləyirdim.

Nazilə beş-on dəqiqə sonra məktəbdən çıxdı. Bu vaxt həyətdə olan Aqil arvadıma yaxınlaşdı, onu qucaqlayıb öpdü. Bu hərəkətlərdən qəzəbləndim. Maşında arvadımdan Aqilin nə səbəbə onu qucaqlayıb öpdüyünü soruşdum. Nazilə məktəbdə bütün qadınlara qarşı belə hərəkətlər etdiyini bildirdi. Arvadıma irad tutdum”.

“Mənə kimsə mane ola bilməzdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, evə qayıtdıqdan sonra arvad ilə yenidən mübahisə edib: “Nazilə iki-üç gün sonra atası evinə getdi. Bundan sonra Aqilə qarşı məndə nifrət hissi yarandı.

Onun yaşadığı evə gedərək məsələni aydınlaşdırmaq qərarına gəldim. Kəskin əsəb və gərginlik içərisində evə daxil oldum, Aqillə söhbət etməyə başladım.

Bu vaxt Aqilin arvadı Fatimə söhbətə müdaxilə etdi. Nəticədə hadisə baş verdi. Məqsədim Aqili öldürmək olmayıb. Əgər elə bir niyyətim olsaydı, mənə kimsə mane ola bilməzdi”.

Fərman bildirib ki, Aqilin ondan və arvadı Nazilədən yaşca çox böyük olması fikri doğru deyil: “Yaşca böyük olsa da, onun belə hərəkətlər etməsinə əsas vermir. Böyük övladımın iyirmi altı, kiçiyin iyirmi iki yaşı var. Ailə həyatı qurandan bu cür hal bir-iki dəfə baş verib. Arvadıma bu barədə iradımı bildirmişəm.

Məlum hadisənin baş verməsinə səbəb yalnız zərərçəkmiş şəxsin arvadımı məktəbin həyətində qucaqlayaraq öpməsi olub.

Bu cür hərəkətə layiq adam deyiləm. Aqilin arvadımı qucaqlayaraq öpməsini taksi sürücüsü olan qonşumuz Bəhram da görüb”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Aqilin arvadı Fatimə onu vurmaq istəyib, balta ona bu zaman dəyib: “Fatimə stulla məni vurmaq istəyəndə onu itələdim, yıxılaraq xəsarət alıb. Balta təsadüfən Aqilin başına dəyib”.

“Zarafat etdiklərinin şahidi oldum”

Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı danışdığı arasında ziddiyyətlər aşkarlanıb.

Fərman ibtidai istintaqda elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, həmkəndlisi Aqil ötən il sentyabr ayının sonlarında orta məktəbin həyətində arvadı Naziləni qucaqlayaraq öpdüyü üçün qəzəblənib, buna görə arvadına irad bildirib:

“Arvadım atası evində olanda Aqilin mənə yaxınlaşaraq üzrxahlıq edəcəyini gözlədim. Amma o, üzr istəmədi. Hadisədən bir neçə gün sonra siqaret almaq üçün məktəbin yanındakı marketə gedəndə məktəbin həyətində müəllimlərin – Vidadinin, Eminin, gözətçi Amalın Aqillə danışdıqlarını gördüm.

Bu zaman Aqilin arvadımı öpdüyünə görə zarafat etdiklərinin şahidi oldum. Qısqanclıq hissləri səbəbindən Aqilə qarşı xüsusi nifrət hissim yarandı və onu öldürmək fikrinə düşdüm”.

“Arvadımı öpməsi gözümün önündə canlandı”

Fərmanın sözlərinə görə, noyabrın 23-də arvadı Nazilə evə qayıdıb: “Arvadımı görəndə Aqilin onu qucaqlayaraq öpməsi gözümün önündə canlandı və yenidən hiddətləndim. Noyabrın 24-də saat 19 radələrində qisas məqsədilə Aqqili öldürmək qərarına gəldim. Həyətdən baltanı götürüb onun evinə getdim. Əlimə kənd təsərrüfatı işlərində istifadə olunan əlcək də taxdım ki, baltanın üzərində əlimin izi qalmasın.

Evin darvazası və giriş qapısı açıq idi. Əlimdə balta evin pilləkənindən qalxaraq üzbəüz olan birinci otağa daxil oldum. Aqil qaz sobasının yanında oturub televizora baxırdı. Arvadı Fatimə isə giriş hissədən sağ tərəfdə ayaq üstə dayanmışdı.

Otağa daxil olan kimi balta ilə Aqilin baş nahiyəsindən bir zərbə vurdum, qan axmağa başladı. Yenidən vurmaq istədikdə arvadı qarşıma keçdi, ərini vurmağıma mane oldu. Baltanı Aqilə tərəf atdım. Oraya insanların toplaşmasından çəkindiyim üçün hadisə yerindən çıxdım.

Evə gələndən təxminən yarım saat sonra Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsindən zəng gəldi. Könüllü şəkildə bölməyə yaxınlaşaraq hadisə barədə izahat verdim”.

“Əlindən tutdum, ürək-dirək verdim”

İş üzrə zərərçəkmiş Aqilin sözlərinə görə, Fərman qonşusu olub, aralarında ədavət və ya düşmənçilik olmayıb: “2024-cü ilin sentyabrın sonlarında işlədiyim orta məktəbdən çıxdım və evə gedərkən məktəbin giriş qapısında Naziləni gördüm.

Onun onkoloji xəstə olduğunu bildiyimdən əlindən tutaraq səhhəti ilə maraqlandım, ürək-dirək verdim. Bizdən beş metr məsafədə Fərman maşında əyləşmişdi, mənim Nazilənin əlindən tutmağını gördüm.

Nazilə ərinin əyləşdiyi avtomobilə mindi və oradan uzaqlaşdılar. Söhbətimiz təxminən iki dəqiqə çəkdi. Həmin vaxt Fərmana salam verdim. O da salamımı aldı. Xəstəliklə bağlı yazığım gəldiyi üçün Nazilənin səhhəti ilə maraqlanmışam”.

“Əxlaqsız hərəkət etməmişəm”

Zərərçəkmiş şəxs qeyd edib ki, növbəti gün Fərmanın anası Sahibə onlara gəlib: “Sahibə dedi ki, Nazilənin əlindən tutuduğuna görə Fərman qısqanaraq onu evdən qovub, bunun bir anlaşılmazlıq olduğunu Fərmana deyim. Cavab verdim ki, Naziləyə qarşı hər hansı əxlaqsız hərəkət etməmişəm, xəstəliyilə maraqlanmışam. Buna görə də, Fərmana hər hansı bir izah verməyəcəm, üzrxahlıq etməyəcəm.

Bundan sonra elektrik ustası çağıranda Fərmanı gördüm. O, mənə heç bir irad bildirmədi”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərman 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, ilk məhkumluğunu, üç övlad atası olmasını, cinayət işi ilə bağlı heç bir şikayətçi olmamasını nəzərə almağı, daha yüngül cəza təyin etməyi xahiş edib.

Bu şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin etməyib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Oktyabr 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri