Icma.az
close
up
RU
Çelsi adını futbol tarixinə yazdırdı!

Çelsi adını futbol tarixinə yazdırdı!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Avropanın daha bir klub turnirində mövsümə yekun vuruldu. Polşanın Vrotslav şəhərində Konfrans Liqasının finalında ''Betis'' ilə ''Çelsi'' üz-üzə gəldi.

İspaniya təmsilçisi mərakeşli Ezzalzulinin erkən qolu sayəsində fasiləyə üstün yollandı. Amma ikinci hissədə ''Çelsi'' meydanda fırtına əsdirdi. 65-də Entso Fernandes və 70-də Niklas Ceksonun qolları sayəsində oyunun gedişatı 180 dərəcə dəyişdi. London nəhəngi son 10 dəqiqədə Ceydon Sanço və Moyzes Kaysedonun qolları ilə hesabı darmadağın həddinə çatdırdı.
Beləliklə, Entso Mareskanın komandası 4:1 hesablı inamlı qələbə ilə fanatlarını sevindirdi. ''Zadəganlar'' bununla da daha öncə futbol tarixində heç kimin bacarmadığı unikal bir göstəriciyə nail oldular. Belə ki, ''Çelsi'' UEFA bayrağı altında keçirilən 5 ən önəmli klub turnirinin hamısında qalib gələn yeganə kollektivə çevrildi. ''Mavilər'' daha öncə Çempionlar Liqası, Avropa Liqası, Avrupa superkuboku və Kuboklar kubokunu da qazanmağı bacarmışdılar. ''Betis'' isə tarixində ilk avrokuboku qazanmağa yaxın olsa da, məğlubiyyətlə barışmalı oldu. Sevilyalıların bu uğursuzluğu ilə həm də İspaniya klublarının möhtəşəm seriyası qırılmış oldu.
Belə ki, İspaniya təmsilçiləri iştirak etdikləri son 23 avrokubok finalının hamısından qələbə ilə ayrılmışdılar! Düzdü, bu 23 finaldan 4-də iki İspaniya təmsilçisi üz-üzə gəlmişdi.
Sonuncu dəfə İspaniya klubunun finalda başqa ölkə təmsilçisinə uduzmasına 2001-ci ildə rast gəlinmişdi. Həmin vaxt UEFA kubokunun finalında ''Alaves'' ''Liverpul''a, ÇL-in finalında isə ''Valensiya'' penaltilər seriyasında ''Bavariya''ya uduzmuşdu. Bundan başqa 2018/19-dan bu yana ilk dəfə İspaniyanın heç biri klubu avrokubok qazana bilmədi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyun 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri