“Çelsi” İspaniya nəhənginə rəqib oldu
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Çelsi” klubu “River Pleyt” və Argentinanın U21 millisinin istedadlı yarımmüdafiəçisi Franko Mastantuononu transfer etmək istəyən klubların sırasına qoşulub.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Sportskeeda” məlumat yayıb.
Bildirilir ki, London təmsilçisi bu yay Mastantuonnonu almağa çalışacaq. 17 yaşlı yarımmüdafiəçinin müqaviləsinə 38,5 milyon funt-sterlinqlik sərbəst qalma maddəsi var. Bununla belə, transfer pəncərəsinin son 10 günündə məbləğ 43,5 milyon funt-sterlinqə yüksələcək.
Mastantuono bu mövsüm bütün turnirlərdə “River Pleyt”in heyətində 11 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin müqaviləsi 2026-cı ilin sonuna qədərdir.
Qeyd edək ki, Madrid “Atletiko”su da argentinalı futbolçu ilə aktiv şəkildə maraqlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 20 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















