Icma.az
close
up
RU
“Çelsi” “Qarabağ” oyunu 6:0 (YENİLƏNİB)

“Çelsi” “Qarabağ” oyunu 6:0 (YENİLƏNİB)

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dəqiqələrdə "Qarabağ" futbolçuları rəqibin qapısı önündə bir neçə təhlükəli vəziyyət yaratsalar da, hesablı dəyişə bilmədilər. ***81-ci dəqiqədə daha bir qol - 6:0***75-ci dəqiqədə daha bir qol - 5:0***Qarşılaşmanın 71-ci dəqiqəsində "Çelsi" yenidən fərqlənir - 4:0.***Oyunun 55-ci dəqiqsəində Çelsi 3-cü topunu "Qarabağ"ın qapısından keçirdi.***"Çelsi" yenidən hesabda irəli çıxır. Qarşılaşmanın 30-cu dəqiqəsində Zappakosta komandasını 2:0 önə keçirir.***Qarşılaşmanın 5-ci dəqiqəsində meydan sahibləri hesabı açır - 1:0***Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirəcək. Ağdam təmsilçisi ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxacaq.Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşəcək. C qrupunda mübarizə aparan “Qarabağ” I turda “Çelsi” ilə üz-üzə gələcək.Görüş Londonun məşhur “Stemford Bric” stadionunda baş tutacaq. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridi. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar “Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.Debütlə əlamətdar olan tarixi matça rəqiblər fərqli durumda gəlib. Azərbaycan Premyer Liqasında IV turun “Səbail”lə görüşü təxirə salınan “Qarabağ” “Qəbələ” ilə matçdan 17 gün sonra meydana çıxacaq. Milli komandaların oyunları ilə əlaqədar fasilədən öncə son görüşünü keçirən ağdamlılar hazırlığını məhz bu matça uyğun qurub.London klubu isə “Qarabağ” öncəsi “Lester”lə səfər matçında qələbə əldə edib - 2:1. Ardıcıl 3-cü dəfə qalib gələn Antonio Kontenin yetirmələri Çempionlar Liqasına yüksək əhval-ruhiyyədə çıxacaq. Ümumiyyətlə isə hər iki komanda öz ölkəsinin çempionatında ardıcıl 3 dəfə qalib gəlib.Qeyd edək ki, “Çelsi” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.Çempionlar LiqasıQrup mərhələsiI tur, C qrupu12 sentyabr22.45 Çelsi (İngiltərə) - Qarabağ (Azərbaycan)Hakimlər: Anastasios Sidiropulos, Polixronis Kostaras, Lazaros Dimitriadis, Damianos Eftimiadis (Yunanıstan).Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos (Yunanıstan).Hakim-inspektor: Paulius Malzinskas (Litva).UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya).London. “Stemford Bric” stadionu.Qarabağ: Şehiç, Qarayev, Medvedev, Miçel, Ndlovu, Enrike, Sadıqov, Almeyda, Jezniçak, Hüseynov, Gerye.Ehtiyat oyunçular: Kanibolotski, Əmirquliyev, Mədətov, Elyunusi, İsmayılov, Yunuszadə, Diniyev Baş məşqçi: Qurban QurbanovÇelsi: Kurtua, Alonso, Fabreqas, Kante, Pedro Rodriges, Zappakosta, Villyan, Batuşai, Keyhl, Kristensen, Aspilikueta.Ehtiyat oyuunçular: Kabalero, Rudiger, Morata, Azar, Bakayoko, Mouzes, David LuisBaş məşqçi: Antonio Konte***Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun oyunları bu gün keçiriləcək “Çelsi” – “Qarabağ” oyununa Azərbaycan və Türkiyə telekanallarında canlı yayımla baxmaq mümkün olacaq.BAKU.WS Bizimyol.info-ya istinadən xəbər verir ki,oyun Azərbaycanın Az TV və Türkiyənin “Tivibu Spor 4” kanallarında yayımlanacaq.AZƏRBAYCAN / “AZTV”22:45. “Çelsi” – “Qarabağ”TÜRKİYƏ / “Tivibu Spor 4”22:45. “Çelsi” – “Qarabağ”BAKU.WS
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Noyabr 2025 04:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri