Ağdamın dirçəlişi: Xarabalıqlar üzərində qurulan yeni şəhər
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Uzun illər işğal altında qalan Ağdam şəhəri Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılaraq xarabalığa çevrilmiş, onun tarixi-mədəni irsinə, yaşayış infrastrukturuna və sosial obyektlərinə ciddi ziyan vurulmuşdur. Lakin Azərbaycan xalqının iradəsi, dövlətimizin gücü və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər Ağdamın yenidən qurulması və dirçəldilməsi üçün geniş imkanlar yaratmışdır.
2022-ci il avqustun 16-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” Ağdamın gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm sənəddir. Bu sənəd işğaldan azad edilmiş ərazilərdə şəhərsalma və quruculuq işlərinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilərək xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur.
Züleyxa Paşayeva
Göygöl rayonu Qarabulaq kənd tam orta məktəbin müəllimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 20 Noyabr 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















