Çelsi yə görə Britaniya hakimiyyətini məhkəməyə verəcək
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Çelsi" futbol klubunun keçmiş sahibi, rusiyalı milyarder Roman Abramoviç İngiltərə klubunun satışından əldə etdiyi pul üçün məhkəmədə mübarizə aparmağa hazırdır.
"Ölkə.az" xəbər verir ki, Abramoviçin müqavilədən 2,5 milyard funt sterlinq aldığı iddia edilir, lakin sanksiyalar səbəbindən vəsait onun hesablarında dondurulub. Böyük Britaniya hakimiyyəti isə öz növbəsində ondan bu pulu Kiyevə təhvil verməsini tələb edib. Biznesmenin vəkilləri bu tələbləri "qanunsuz təhdidlər" adlandırıblar.
Bu barədə yazılan məqalələrdə qeyd olunur ki, Böyük Britaniya hökuməti dəfələrlə bu məsələləri görməzliyə vurmağı üstün tutub, bunun əvəzinə vəziyyəti həll etmək üçün heç bir iş görməyən ictimai və siyasi bəyanatlar verib.
Vəkillərinin sözlərinə görə, Abramoviç pulu xeyriyyə təşkilatlarına bağışlamağa hazırdır, lakin alıcını seçmək hüququnu özündə saxlamaq niyyətindədir.
Abramoviç "Çelsi"ni 2003-cü ildə 140 milyon funt sterlinqə alıb. O vaxtdan bəri London klubu beş İngiltərə Premyer Liqası, iki Çempionlar Liqası, iki Avropa Liqası, beş FA kuboku və üç liqa kuboku qazanıb. 2022-ci ilin may ayında o, sanksiyalar səbəbindən klubu satmlı olub.
Komandanın yeni sahibi Todd Bouli oyunçuların alınmasına bir neçə yüz milyon avro xərcləyərək transfer pəncərəsində liqanın ən çox pul xərcləyən sahibkarı olub.
Uzun müddət uğursuzluq zolağında olab “Çelsi” yalnız ötən il Konfrans Liqasının çempionu olub və Çempionlar Liqasına vəsiqə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:225
Bu xəbər 11 Mart 2026 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















