“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
Icma.az bildirir, Milli.az portalına istinadən.
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik seriyalı avtomobili kimi düşən "Peel P50" noyabrın 14-də hərraca çıxarılacaq. Avtomobilin 40-60 min funt sterlinqə satılacağı gözlənilir.
Milli.Az bakupost-a istinadən xəbər verir ki, 1964-cü ildə Man adasında istehsal edilən üçtəkərli avtomobilin uzunluğu 137, eni isə 106 santimetrdir. Cəmi bir nəfər üçün nəzərdə tutulan model saatda 64 kilometr sürət yığa bilir.
1962-1965-ci illərdə bu avtomobildən cəmi 50 ədəd istehsal olunub. Hazırda 30-dan az nümunəsinin qaldığı bildirilir.
Hərraca çıxarılan avtomobil 1964-cü ildə Finlandiyaya gətirilib və bu ilin əvvəlinədək orada saxlanılıb. Avtomobilin orijinal vəziyyətdə olduğu bildirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Noyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















