Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

“Zəfərdən doğan işıq”

“Zəfərdən doğan işıq”

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 noyabr, AZƏRTAC

Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" Səhmdar Cəmiyyətin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində ölkə energetiklərinin böyük tədbiri keçirilib.Tədbirdə "AzərEnerji", "Azərişıq" ASC-lərin və bir sıra universitetlərin rəhbərləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə foyedə təşkil olunan “Zəfər işığında” adlı maket və fotoşəkil sərgisi ilə tanış olublar.

"AzərEnerji"dən AZƏRTAC-a bildirilib ki, rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən enerji quruculuğunu, həmin torpaqların ölkənin vahid enerjisisteminə inteqrasiyasını və yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işləri əks etdirən “Zəfərdən doğan işıq” adlı sənədli film nümayiş olunub.

“AzərEnerji” ASC-nin sədri Balababa Rzayev çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin Azərbaycan xalqının taleyindəki müstəsna əhəmiyyətindən danışıb. Bildirib ki, haqq savaşımız olan 44 günlük Vətən müharibəsi və əldə edilən möhtəşəm Qələbə tariximizin ən şanlı səhifələrindən birinə çevrilib.

Baba Rzayev müharibə dövründə energetiklərin də ön cəbhədə olduğu kimi, arxa cəbhədə də böyük fədakarlıq nümayiş etdirdiyini vurğulayıb. Qeyd edib ki, Səhmdar Cəmiyyətin 183 əməkdaşı Vətən müharibəsində iştirak edərək qəhrəmanlıq və şücaət göstərib. Onlardan 2 nəfəri şəhidlik zirvəsinə ucalıb, 12 əməkdaşın ailə üzvü Vətən uğrunda canından keçib. Bununla yanaşı, energetiklər müharibənin ən gərgin günlərində gecə-gündüz çalışaraq ölkənin enerji təchizatının fasiləsizliyini təmin edib, enerji sistemində hər hansı bir çatışmazlığa yol verməyiblər.

İşğaldan azad edilmiş ərazilərdə son altı ildə həyata keçirilən enerji quruculuğuna toxunan Baba Rzayev qeyd edib ki, bu müddət ərzində “AzərEnerji” tərəfindən həmin ərazilərdə 50-dən artıq enerji obyekti istifadəyə verilib. Onların sırasında 40-a yaxın su elektrik stansiyası, 330 və 110 kV-luq 15-ə yaxın yarımstansiya, eləcə də 1000 kilometrdən artıq elektrik ötürmə xətti var.

Hazırda 8 ərazidə su elektrik stansiyasının, 3 ərazidə isə 110 kV-luq yarımstansiyanın tikintisi davam etdirilir və yekunlaşmaqdadır. “Bir zamanlar dağıntılara və xarabalıqlara çevrilmiş, bu gün isə gündən-günə abadlaşan Qarabağ və Şərqi Zəngəzur məhz yaradılan müasir enerji infrastrukturu sayəsində işığa qovuşur, dirçəlir və yenidən qurulur”, – deyə Baba Rzayev vurğulayıb.

Çıxışda azad edilmiş ərazilərdə fəaliyyətə başlayan su elektrik stansiyalarında istehsal olunan yaşıl enerjinin göstəriciləri də diqqətə çatdırılıb. Bildirilib ki, indiyədək bu stansiyalarda 2 milyard kilovat-saata yaxın ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edilib. Bunun nəticəsində 400 milyon kubmetr təbii qaza qənaət olunub, 725 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Tədbirdə çıxış edən digər natiqlər də Böyük Zəfərin tarixi əhəmiyyətindən, qazanılan Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə başlanan genişmiqyaslı bərpa və quruculuq prosesindən bəhs ediblər. Vurğulanıb ki, bu proses Azərbaycanın iqtisadi və texnoloji imkanlarını, dövlətimizin qüdrətini, xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirir.

Sonda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş “AzərEnerji” əməkdaşlarına hədiyyələr təqdim olunub.

Zəfər ruhunu əks etdirən bayram konserti ilə tədbirə yekun vurulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri