Icma.az
close
up
RU
“Çelsi”nin bir neçə əsas futbolçusu Çempionlar Liqasında “Qarabağ”la oyuna qədər sıraya qayıdacaq

“Çelsi”nin bir neçə əsas futbolçusu Çempionlar Liqasında “Qarabağ”la oyuna qədər sıraya qayıdacaq

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Londonun “Çelsi” klubu Çempionlar Liqasında “Qarabağ”la oyuna heyətlə bağlı nikbin xəbərlər fonunda hazırlaşır.

İdman.Biz britaniyanın aparıcı KİV-lərinə istinadla xəbər verir ki, bir neçə vacib futbolçu zədədən sonra bərpa prosesini başa çatdırır və baş məşqçi Enzo Mareska onların səfər qarşılaşmasında iştirakına ümid edir.

Komandanın kapitanı Ris Ceyms artıq oyuna tam hazırdır. Mareskanın sözlərinə görə, müdafiəçi özünü yaxşı hiss edir və zədədən sonra tam yüklənməyə hazırdır. Hücumçu Liam Delap da ümumi məşqlərə qayıdıb və gözlənilir ki, Bakıya gedəcək heyətə daxil ediləcək. Enzo Fernandesin də heyətə qayıtmağa yaxındır – yarımmüdafiəçi diz iltihabından sonra artıq məşqlərə başlayıb və tibbi heyət onun “Qarabağ”la oyuna qədər hazır olacağına əmindir.

Bundan əlavə, müdafiəçi Tosin Adarabio baldır əzələsindəki yüngül problem səbəbindən bir müddət oynamamışdı, lakin indi bərpa olunub və matçda iştirak etməyə hazırdır. Yaxınlarda beyin silkələnməsindən sonra yoxlamadan keçən Vesli Fofana da “Qarabağ”la oyunun iştirak ərizəsinə salına bilər, baxmayaraq ki, onun start heyətində yer alıb-almayacağı hələlik qeyri-müəyyəndir.

Eyni zamanda, “Çelsi” hələ də bəzi zədəlilərin xidmətindən məhrum olacaq. Komanda qasıq nahiyəsindən zədə alan Koul Palmer, əzələ problemi yaşayan Benua Badiaşil, çarpaz bağları qopmuş Levi Kolvill və diz əməliyyatı keçirən Dariu Essuqunun xidmətindən istifadə edə bilməyəcək.

Mareska bildirib ki, 1 noyabrda İngiltərə Premyer Liqasının növbəti turunda “Tottenhem”lə keçiriləcək oyunda komandaya yeni qayıdan futbolçular ehtiyatla meydana buraxılacaq ki, zədənin təkrarlanması riski olmasın. Beləliklə, “Çelsi” Bakıda keçiriləcək qarşılaşmaya gücləndirilmiş heyətlə, lakin start tərkibdə mümkün rotasiya ilə çıxacaq.

“Qarabağ” - “Çelsi” oyunu Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 5-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Teymur Tuşiyev

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Oktyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri