“Çelsi“nin futbolçusu Ris Ceyms bir neçə həftə meydanlardan uzaq qalacaq
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə təmsilçisi "Çelsi"nin müdafiəçisi Ris Ceyms arxa bud əzələsindən zədə alıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 26 yaşlı futbolçu bazar ertəsi komandanın məşqini buraxıb və bir neçə həftə meydanlardan uzaq qalacaq. Bu, onun 2020-ci ildən bəri eyni nahiyədən aldığı artıq 10-cu zədədir.
"Çelsi" növbəti oyununu Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa təmsilçisi PSJ-yə qarşı keçirəcək. Komandalar arasında ilk oyun Paris təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ris Ceyms "Çelsi"nin yetirməsidir. Klub bir necə gün əvvəl onunla müqavilənin müddətini 2032-ci ilə qədər uzadıb. Cari mövsüm müdafiəçi bütün turnirlərdə 36 oyunda iştirak edib, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 16 Mart 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















