Cem Yılmazın 38 yaşla bağlı sözləri qalmaqal yaratdı Psixoloqdan reaksiya
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Türkiyəli komediya ustası Cem Yılmazın stəndap şusu zamanı 38 yaşla bağlı zarafatı müzakirələrə səbəb olub.
“38 yaşlı biri ilə münasibətdə oluram. “Çıtırı tapdı” deyirlər. 38 yaş, ölmək üzrədir”, - deyə o söyləyib.
Ölkə.Az xəbər verir ki, komediya ustasının yaşla bağlı bu zarafatı birmənalı qarşılanmayıb.
Xüsusilə qadınlar Cem Yılmazın 38 yaşda birinin ölmək üzrə olduğu barədə sözlərini tənqid ediblər.
Klinik psixoloq Fuad Əsədov Cem Yılmazın müzakirələrə səbəb olan fikirlərinə münasibət bildirib. O, kişilərin qadınları cazibədar hesab etdiyi yaşlardan söz açıb:
“Son günlər Cem Yılmazın 38 yaşlı qadınlarla bağlı etdiyi zarafat ətrafında müzakirə başladı. Bir tərəf iddia etdi ki, qadının “prime” dövrü məhz 38 yaşdır, digər tərəf isə buna qarşı çıxdı.
Mən də istəyirəm məsələyə elm adamı kimi mövqe bildirim. Araşdırmalar göstərir ki, kişilərin cazibədar gördüyü qadınların əksəriyyəti 20–29 yaş aralığında cəmlənir. Hətta bəzi tədqiqat və yazılarda 23 yaşın xüsusi olaraq ön plana çəkildiyini də görürük. Bunun səbəbi bioloji və təkamül psixologiyası çərçivəsində izah olunur ki, gənclik, sağlamlıq və reproduktiv potensialla bağlı siqnallar kişilər üçün cazibənin əsas komponentlərindən biridir.
Eyni zamanda tədqiqatlar göstərir ki, kişilər qadınlarda daha çox fiziki cazibəyə, bədən quruluşuna, eyni zamanda mehribanlıq və zəkaya diqqət yetirirlər. Hətta bəzi araşdırmalar göstərir ki, kişilər qadınlarla bağlı münasibət qərarlarını üz cizgiləri və bel–bud nisbəti kimi fiziki göstəricilər əsasında formalaşdıra bilirlər. Bu tendensiya “online dating” platformalarında da özünü göstərir, kişilər daha gənc qadınlara daha çox mesaj atırlar”.
Psixoloq qadınların kişilərdə cəzbedici hesab etdiyi xüsusiyyətlərə də diqqət çəkib:
“Hələ 1989-cu ildə Buss tərəfindən aparılmış və 30-dan çox mədəniyyəti əhatə edən genişmiqyaslı “cross-sectional” tədqiqatında göstərilmişdi ki, qadınlar üçün kişilərdə status, resurslar və gələcək perspektivi daha çox önəmləndirirlər. Sonrakı illərdə aparılan çoxsaylı tədqiqatlar da bu tapıntını təsdiqlədi. Nəticədə belə bir ümumi mənzərə formalaşır ki, qadınların ən çox bəyəndiyi kişi yaş aralığı adətən 30 yaşların ortalarıdır. Bu dövrdə kişi artıq müəyyən qədər maddi və sosial resurs qazanmış, peşəkar kimliyini formalaşdırmış və həyatını oturtmuş olur. Qadınlar, orta hesabla, özlərindən bir neçə yaş böyük, həyatda müəyyən yol qət etmiş kişiləri daha seksi görürlər.
Böyük “dataset”lərə əsaslanan və “desirability” (arzuolunanlıq) kimi metriklərdən istifadə edən “online dating” araşdırmalarında da oxşar nəticə çıxır ki, kişilərin arzuolunanlığı çox vaxt orta yaşlara qədər yüksəlir, qadınlarınkı isə, orta hesabla, 29–30 yaşdan sonra enmə trendi göstərə bilir. Bu, fərdi istisnaları inkar etmir, amma ümumi tendensiyanı təsvir edir.
Əlbəttə, bu ümumi mənzərədir. Yoxsa, təbii ki, burda yazılanların heç doğru olmadığı çoxlu nümunə də tapmaq olar”,- deyə o əlavə edib.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 Yanvar 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















