Danimarka ordusu Trampın təcavüz ehtimalına hazırlıq görür: ABŞ ın Qrenlandiyaya mümkün müdaxiləsi...
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Danimarka Krallığının çətiri altında olan Qrenlandiyaya mümkün ABŞ hərbi müdaxiləsi baş verərsə, ordu seyrçi qalmayacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı Danimarkanın "Berlingske" media orqanı yazıb.
Nəşr ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı növbəti iddialı açıqlamalarından sonra Danimarka ordusunun 1952-ci ildə - İkinci Dünya Müharibəsindən sonra hazırlanmış doktorinasını paylaşaraq, ordunun ölkə ərazini qorumağa birbaşa mükəlləf olduğunu vurğulayıb: "Bu doktorinaya əsasən, Danimarka Silahlı Qüvvələri milli əraziyə hücum halında, hökumətdən əmr və ya təlimat gözləmədən bu hücuma operativ və dərhal cavab vermək hüququna malikdir. Bir sözlə, Danimarka əsgərləri bu kimi fövqələdə vəziyyətdə əmrsiz ölkənin müdafiəsini qorumalıdır...".
Nəşrin məlumatına görə, ordu məhz belə də davranacaq.
Xatırladaq ki, Venesuelada istədiyini alan ABŞ Prezidenti Tramp bundan həvəslənərək Qrenlandiyaya iddiasını qətiləşdirib.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 08 Yanvar 2026 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















