Icma.az
close
up
RU
Cəmiyyət şokda: Azərbaycan gəncləri arasında geylik artıb MÜSAHİBƏ

Cəmiyyət şokda: Azərbaycan gəncləri arasında geylik artıb MÜSAHİBƏ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Etiraf edək ki, bu gün cəmiyyətimizin problemlərindən biri də gənclər arasında geyliyə, transeksuallığa artan meyillilikdir. Son vaxtlar belə şəxslər davranışlarını tədricən açıq-aşkar nümayiş etdirilər. İndi onlara təkcə sosial şəbəkələrdə deyil, hətta televiziyalarda da rast gəlinir. Gənclər - xüsusilə oğlanlar arasında getdikcə geniş miqyas alan bu tendensiya narahatlıq doğurmaya bilməz.

Modern.az bu kimi məsələlər ətrafında uroloq-androloq Qardaşxan Mamedovla həmsöhbət olub.

- Doktor, son dövrlər gənc oğlanlar arasında geyliyə, transeksuallığa meyil artmaqdadır. Siz bir androloq kimi bunun tibbi səbəblərini necə izah edərdiniz?

- Cinsi azlıq, transseksuallıq kimi terminlər 1960-cı illərdən işlədilən və müxtəlif adlarla, kateqoriyalarla səsləndirilən anlayışlardır. Cinsi azlığın fiziki və psixolji səbəbləri vardır. Hormon problemləri, xroniki xəstəliklər, bəzi dərmanların və alkoqollu içkiləri qəbulu kimi nüansları fiziki səbəblərə misal göstərmək olar. Hormonal səbəb isə kişilik cinsi hormonu testestronun azalmasıdır. Testestron hormonun azalması ilə qadın cinsi hormonları estrogen və progestron artır. Xroniki xəstəliklər dedikdə şəkərli diabet, ürək xəstəlikləri və artıq çəki problemlərini misal kimi deyə bilərik. Psixoloji səbəblərə isə stress, depresiyalar, qarşı cinslə münasibətlərdə problemlər, cinsi travmalar aid edilə bilər.

- Burada bioloji, genetik və ya psixoloji faktorların rolu varmı?

- Bəli, bu şəxslərdə genetik faktorlar da var. Biz analiz aparanda genetik faktorlar üzə çıxır. Psixoloji problemlər, ən çox da cinsi travmalar gənclərdə cinsi pozğunluqlara səbəb olur.


- Qidalanmanın və sosial səbəblərin bu məsələdə rolu nə qədərdir?

- Qidaların və sosial şəbəkələrin birbaşa olmasa da, dolayı təsirləri var. Bəzən dietik qidalanmalara düzgün riayət olunmadığından testestron hormonunda azalma olur. Sosial şəbəkələrdə bu haqda videolar yayılır. Bu tip insanlar özlərini reklam edirlər. Onlar əsasən xəstə olmadıqlarını, öz hüquqlarının olduğunu dilə gətirirlər. Bu da o cür insanaların təbliği kimi qəbul edilə bilər.  

- Oğlanlarda yaranan hormonal pozuntular hara aparır?

- Transseksuallığa meyl edən oğlanlarda kişi cinsiyyət hormonu olan testestron azalır və estrogen, progestron kimi qadın cinsi hormonları yüksəlir. Belə hallarda üzdə tüklənmələr azalır, səs və bədəndə dəyişikliklər meydana gələ bilir. Kişi tipli deyil, qadın tipli bədən formalaşır, çanağın və süd vəzilərinin böyüməsi özünü göstərir. Nəticədə qadın hormonları yüksəlir və bu şəxslər qadınlara deyil, daha çox kişilərə meyilli olurlar. Təbii ki, bu tendensiya pis şeylər vəd edir, gənclərin əxlaqını pozur, mənəviyyata zidd addımlara aparır.

- Transşəxslərin, geylərin psixoloji və ya psixiatrik yardım alması vacibdirmi?

- Təbii ki, hormonal problemlər androloq tərəfindən müalicə olunur. Psixoloji faktorlar olduqda isə, əlbəttə, psixoloqlar, seksoloqlar bununla məşğul olurlar. Xüsusilə də, seks üzrə psixoloqların dəstəyi, müalicəsi yetərli nəticələrə səbəb ola bilir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see150

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri