Icma.az
close
up
RU
Cəmiyyətdə “kişi ağlamaz” kimi stereotiplər aradan qalxmalıdır Sosioloqdan maraqlı AÇIQLAMA

Cəmiyyətdə “kişi ağlamaz” kimi stereotiplər aradan qalxmalıdır Sosioloqdan maraqlı AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Azərbaycanda hazırda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı 276 nəfərdir. Onların 41-i kişi, 235-i qadındır. Ən yaşlı pensiyaçı isə 135 yaşlı Lənkəran sakini Tamam Əli qızı Əzizovadır.

Statistikadan da göründüyü ki, yaşı 100-də yuxarı olanların əksəriyyəti qadınlardır.

Bəs qadınların kişilərdən daha çox yaşamasının sirri nədir?

Mövzu ilə Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev öncə bildirdi ki, Azərbaycanda doğulan qız uşaqlarının sayı oğlanlardan azdır. Onun fikrincə, bu isə əsasən selektiv abortların nəticəsidir:

"Selektiv abortlara görə Azərbaycan, hətta əhalisi milyard yarım olan Çini belə qabaqlayır. Bu vəziyyət cəmiyyətdəki köklü stereotiplərlə bağlıdır. Onun sözlərinə görə, ənənəvi cəmiyyət olduğumuza görə qız uşaqlarının doğulmasına oğlan uşaqları qədər sevinilmir. Selektiv abortlar uzun illərdir ki, cəmiyyətimizdə mövcuddur. Son vaxtlar bu hallar müəyyən qədər azalsa da, təəssüf ki, bu neqativ göstərici hələ də qalmaqdadır.

Bu tendensiya təxminən 30 yaşa qədər davam edir. Bu yaşadək qızların sayı oğlanlardan az olur, çünki doğulanlar arasında oğlanlar üstünlük təşkil edir. Lakin oğlan uşaqlarının immuniteti zəif olduğundan, həyatda qalma göstəriciləri aşağıdır. Qızlar isə daha möhkəm fizioloji dayanıqlığa malikdir. Eyni zamanda, döyüşlər, yol qəzaları və küçə davalarında daha çox oğlanlar həyatını itirir. Bu səbəbdən 30 yaşdan sonra qadınlar əhali arasında sayca üstünlük qazanırlar. Ahıl yaşda isə bu fərq daha da dərinləşir",- deyə sosioloq vurğuladı.

Ü.Şəfiyevin sözlərinə görə, kişilərin təxminən 48 faizi pensiya yaşına çatmadan vəfat edir:

"Məsələn, son açıqlanan rəqəmlərə görə, Azərbaycanda 100 yaşdan yuxarı 276 pensiyaçı var, onların 85 faizini qadınlar təşkil edir. Bu fərq haradan qaynaqlanır? Qadınlar kişilərə nisbətən daha uzunömürlüdür. Bu, bir çox ölkələrdə müşahidə olunan tendensiyadır, lakin Azərbaycanda daha qabarıq görünür. Mütəxəssislər bunu fizioloji və hormon fərqləri ilə əlaqələndirirlər. Qadınlarda estrogen hormonu, kişilərdə isə testosteron üstünlük təşkil edir və estrogenin uzunömürlülüyə müsbət təsir etdiyi düşünülür. Bundan əlavə, qadınlar emosional gərginliyi daha rahat ifadə edir, ağlayır və ya danışaraq stresi azaldırlar. Kişilər isə "kişi ağlamaz", "kişi möhkəm olmalıdır" kimi stereotiplər səbəbindən hisslərini içinə atır. Bu, daxili gərginliyin artmasına və nəticədə ürək-damar xəstəliklərinin çoxalmasına gətirib çıxarır".

Ekspert qeyd etdi ki, digər mühüm amil isə həyat tərzidir. Onun sözlərinə görə, qadınlar adətən daha sağlam həyat tərzi sürür.

"Kişilər isə siqaret, spirtli içki və digər zərərli vərdişlərə daha çox meyillidirlər. Bu da onların ömrünü qısaldır. Üstəlik, kişi mərkəzli cəmiyyətdə ailə və maddi məsuliyyətin çox hissəsi kişilərin üzərinə düşür. Bu yüklənmə də onların həm psixoloji, həm də fiziki cəhətdən tez tükənməsinə səbəb olur. Beləliklə, burada bioloji, tibbi, sosial və psixoloji faktorların hər biri rol oynayır.

Azərbaycanda pensiya yaşına çatanların əksəriyyətini qadınlar təşkil edir. Lakin məqsəd cinsindən asılı olmayaraq sağlam və keyfiyyətli əhali formalaşdırmaqdır. Çünki ölkələrin gücü onun əhalisinin sağlamlıq və həyat keyfiyyəti ilə ölçülür. Həm kişilər, həm qadınlar üçün sağlam həyat tərzinin təşviqi, uzunömürlülük və keyfiyyətli qocalığın təmin edilməsi vacibdir. Təəssüf ki, bu gün insanların əksəriyyəti pensiya yaşına çatanda artıq müxtəlif sağlamlıq problemləri ilə üzləşir. Buna görə də sağlam qocalıq üçün gənc yaşlardan düzgün qidalanma, fiziki aktivlik və psixoloji balans əsas olmalıdır. Dövlət bu istiqamətdə müxtəlif proqramlar həyata keçirir, lakin fərdi məsuliyyət də vacibdir. İnsanlar öz sağlamlıqlarına vaxtında diqqət yetirməlidirlər. Eyni zamanda cəmiyyətdə “kişi ağlamaz”, “kişi zəiflik göstərməz” kimi stereotiplər tədricən aradan qalxmalıdır. Həm qadın, həm də kişi birgə şəkildə sosial yükü daşımalı, bir-birinə dəstək verməlidir. Bu, həm cəmiyyətin, həm də fərdlərin rifahına xidmət edər", - deyə Ü.Şəfiyev yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyul 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri