Icma.az
close
up
RU
Cəmiyyətdə aqressivlik artır: Sosioloqdan psixoloji şərh

Cəmiyyətdə aqressivlik artır: Sosioloqdan psixoloji şərh

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Martın 18-də saat 22:40 radələrində 4 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib. Məlumata görə, onlara zəruri tibbi yardım göstərilib.

Abbas Səhhət adına xəstəxananın Travmatologiya şöbəsində 1979-cu il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. Döş qəfəsinin travması diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Z.Məmmədov adına xəstəxanaya yerləşdirilən 2006 və 2007-ci il təvəllüdlü şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.



Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az”a bildirib ki, son dövrlər bu kimi hadisələrin sayı sürətlə artır:


“Ümumiyyətlə, bu vəziyyət hər hansı bir cəmiyyətin sosial, psixoloji, mənəvi vəziyyətinin göstəricisidir. Buna təsir edən amillər həmin cəmiyyətin yaşadığı sosial şəraitin, mənəvi mühitin, bir növ inikasıdır. Hər hansı bir cəmiyyətdə formalaşmış bir həyat tərzi və psixologiya var. Buna çox sayda faktorlar təsir edir. Birincisi, həmin cəmiyyətin mənəvi ehkamları, mənəvi dəyərləri, tərbiyə sistemi, insani münasibətləri psixologiyası. İkincisi, həmin cəmiyyətdəki sosial iqtisadi şərtlər. Hər ikisində problem olanda insanlarda, cəmiyyətdə ümumi aura, mənəvi enerji deqradasiya olunur və aqressivlik artaraq qəzəb enerjisi formalaşır. Nəticədə də belə hallar meydana gəlir. Buna təsir göstərən çox sayda faktorlar var. Həmçinin son dövrlərdə ümumi gərginlik, həyat və iş rejimində stress artıb. Yoxsulluq, evsizlik, işsizlik və müxtəlif problemlər insanlarda bir qəzəb enerjisinin yığılmasına səbəb olur. İnsanların bir-birinə sevgi, minnətdarlıq hissi ilə yanaşmaması, düşmən kimi baxması və özünü başqalarından üstün tutması mənəvi deqradasiyanın nəticəsidir. Normal inkişaf etmiş cəmiyyətlərdə belə hallar baş vermir və  ya nadir hallarda baş verir. Bu o cəmiyyətlərdə baş verir ki, orada heç nə düzgün inkişaf etmir, mənəvi dəyərlər sistemi çökür, sosial, iqtisadi şərtlər insanları psixoloji gərginliyə salır və psixoloji depressiya yaranır. Ona görə də uşaqlıqdan həm evlərdə, həm məktəblərdə uşaqların normal insan kimi tərbiyə olunmasına, fərd kimi yetişməsinə xüsusi fikir verilməlidir”


Ekspertin sözlərinə görə insanlar stress altında yaşamaması təmin olunmalıdır:

“Sovet dövründə bu sahədə vəziyyət yaxşı idi, sosial, iqtisadi şərtlər normal idi. Lakin hazırkı mühit son dərəcə ağır və gərgin bir rejimdədir. Həm mənəvi, psixoloji, həm də sosial iqtisadi baxımdan aqressiv davranışların artmasına səbəb olur. Burada dövlətin xüsusi yanaşması olmalıdır. Elə bir şərtlər elə bir mühit yaratmalıdır ki, insanlar stress içində yaşamasınlar, normal, sərbəst, insani münasibətləri bir birinə göstərə bilsinlər. Bu məsələlər düzgün yanaşma ilə aradan qaldırıla bilər. Bütün cəmiyyətlərdə belə vəziyyətlər olub. Biz də öz milli mənəvi dəyərlərimiz üzərindən sistemimizi davam etdirməliyik və bunu qorumalıyıq.”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Mart 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri