Icma.az
close
up
RU
Cəmiyyətdəki zərərli təzahürlərin profilaktikasına dair Qazax rayonunun təhsil işçiləri ilə müşavirə

Cəmiyyətdəki zərərli təzahürlərin profilaktikasına dair Qazax rayonunun təhsil işçiləri ilə müşavirə

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qazax Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə”, “Məişət zorakılığına qarşı mübarizə”, “Cinayətkarlığa qarşı mübarizə” mövzularını əhatə edən geniş tərkibli müşavirə keçirilib.

525.az profilaktik - maarifləndirici tədbirlərə həsr olunan müşavirədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, şəhər və kəndlər üzrə nümayəndələri, Rayon Prokurorluğunun, Polis Şöbəsinin, Regional Təhsil İdarəsinin rəisləri, rayondakı  ali və peşəyönlü təhsil ocaqlarının,  şəhər və kənd ümumtəhsil məktəblərinin rəhbərləri və psixoloqları, Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi, Dini işlər üzrə komissiyaların, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun üzvləri, ziyalılar, yerli ağsaqqallar, gənclər və KİV nümayəndələri  iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirənin  əsas məqsədinin cəmiyyəti narahat edən mövzularında maarifləndirici söhbət aparmaq, qarşıda duran vəzifələri müzakirə etmək, səslənən təklifləri nəzərə almaq olduğunu diqqətə çatdırıb.

Ölkə Prezidenti İlham Əliyev və  Birinci vitse-prezident Mehrban xanım Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açan rayon rəhbəri bunun yeni məktəblərin inşa olunmasından, təmirə ehtiyacı olan məktəb binalarının əsaslı şəkildə yenidən qurulmasından, təhsil ocaqlarının maddi-texniki təchizatını daim yüksəldilməsindən aydın şəkildə göründüyünü diqqətə çatdırıb və bu qayğının müqabilində məktəb kollektivlərinin, şagirdlərin, həmçinin valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.

Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək narkomaniyanın və erkən nikahın törətdiyi fəsadlardan söz açıb, bu sahədə dövlət tərəfindən aparılan mübarizə tədbirlərindən danışıb.  Narkomanlığın dünyanı narahat edən qlobal problemlərdən olduğunu, cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa böyük zərbə vurduğunu, insanların sağlamlığına ciddi təhlükə yaratdığını deyən S.Əsədov hər bir Azərbaycan vətəndaşının cəmiyyəti, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün addımlar atmalı olduğunu vurğulayıb. Natiq narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyini, ailə və cəmiyyətin məsələyə məsuliyyətli yanaşmasının zəruriliyini diqqətə çatdırıb.

O, gələcəyimiz olan gənc və yeniyetmələri narkotikdən, zərərli vərdişlərdən uzaq tutmaq üçün hər kəsin səfərbər olmalı olduğunu, bu işdə təkcə hüquq-mühafizə orqanlarının deyil, məktəbdə müəllimlərin, məktəb direktorlarının, psixoloqların, evdə valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev çıxışı zamanı sözügedən mövzular ətrafında fikirlərini bölüşüb, müşavirənin əhəmiyyətini diqqətə çatdırıb. R.Əliyev cəmiyyətimizdə yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisələrinin törədilməsinə rast gəlindiyini bildirib. O, həmçinin çətin tərbiyə olunan məktəblilərlə bağlı aidiyyəti qurumlara məlumat verilməsini təhsil işçilərinə tövsiyə edib.  

Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov çıxışənda yeni tədris ilində keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq,  gənclərin bu günü, sabahı və gələcəyinə  hesablanmış maarifləndirici tədbirin təşkilinə görə rayon rəhbərliyinə və Qazax Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirib. O, valideyn-müəllim, valideyn-məktəb, müəllim-şagird-valideyn münasibətlərinin formalaşdırılması istiqamətində vacib  tədbirlərdən söz açıb.

Müşavirədə həmçinin dini radikalizmə, məişət zorakılığına və cəmiyyətə zərərli digər təzahürlərə qarşı mübarizə üsullarına,  profilaktik tədbirlərə dair çıxışlar olub, fikir mübadiləsi aparılıb.

Zakir Muradov,

Qazax-Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri