Icma.az
close
up
RU
Cəmiyyətdəki geyim dartışması: həqiqət kimin tərəfindədi?!

Cəmiyyətdəki geyim dartışması: həqiqət kimin tərəfindədi?!

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Geyimlə əxlaq arasındakı qarşılıqlı əlaqə və ya əlaqəsizlik haqda söhbət günlərdir gedir. Hər gün kiminsə geyinməsi, daha doğrusu, soyunması gündəm olur. Bu dəfəki dartışma isə elə yerdən başlayıb, elə yerə gedib çıxdı ki! Bu dartışmada hər şey sökülüb töküldü, çox şey gün işığına çıxdı.

Müğənni Nigar Camalla xanəndə Fərqanə Alimqızının "geyim" davasına hamı qoşuldu, nəticədə camaat ikiyə bölünüb üz-üzə durdu. Ara yerdə, necə deyərlər, hamı bir-birinin üzünə durdu. İş gəlib o yerə çıxıb ki, artıq daha üz üzdən utanmır. Sözdən üz qızarmır; hamı sözünün qırmızısını deyir.

Sözün doğrusu, "hərənin öz həqiqəti var" fikri mənə doğru kimi gəlmir. Necə yəni hərənin öz həqiqəti var?! Həqiqət varsa, o hamının həqiqtidir; "yalanın yolu min, gerçəyin yolu birdir" deyib aqillərimiz. Bunu elə-belə deməyiblər ki.

Hərənin öz fikri ola bilər və bu fikirlər bir-birindən fərqlənə bilər. Ancaq həqiqət o fikirdir ki, elmlə, yaxud təcrübə ilə doğruluğu sınanıb-təsdiqlənib, hamılıqla, ya da çoxluqla qəbul edilib. Mən belə düşünürəm. Bəlkə də səhv edirəm. Ancaq hər halda bu düşündüyümün doğruluğuna inanıram.

Dünyada 8 milyarddan çox insam var. Onların hərəsi bir cürdür; hər kəsin fərqli fiziki görünüşü var. Bir qisminin rəngi ağdır, bir qismininki, qara, bir qismininki sarı, bir qismininki qırmızı. Bu fərq onları müxtəlif irqlərə ayırır. Bu insanlar beş mindən çox xalqa, etnik qrupa bölünüb. Bu 8 milyarddan çox insan 4000-dən çox dinə sitayiş edir. Bir qismi isə, ümumiyyətlə, heç bir dinə inanmadığına inanır. Dünya əhalisi 6-7 min fərqli dildə danışır. Hamısının özünə məxsus milli və dini geyim tərzi var. Elə insan qrupları da var, ümumiyyətlə, əynindəki elə əynidir. Anadan necə doğulubsa, elə də gəzir. Qəbilə başçısından tutmuş südəmər körpəyə qədər hamısı çılpaqdır. Heç nə geyinməməyin də bir tərz olduğunu hətta Avropa nudistləri də bizə sübut etməyə çalışır.

Bir-birindən bu qədər fəqli olan varlıqların hamısını biz "insan" adlandırırıq, elə deyilmi?! Onların bu fərqlərə rəğmən insan olduğunu həqiqət olaraq qəbul edirik. Hətta bütün fərqlərinə baxmayaraq, hamısı üçün universal hüquq və azadlıqlar verilib; "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi" 20-ci əsrdə bəşəriyyətin ən proqressiv ideyası, tapıntısı, nəhəng uğurudur. Bütün insanlara eyni haqqı tanımaqdır.

Bəli, biz bütün insanlara eyni cür baxırıq. Demirik ki, hərəsi fərqli varlıqdır. "Hər kəsin öz həqiqəti var" fikrinə də buradan yanaşmalıyıq. Hər kəs öz fikrini həqiqət kimi təqdim edə bilər, ancaq bunların arasından seçdiyimiz birinə, yaxud bu fikirlərdəki həqiqət paylarının cəminə biz əsl həqiqət deyəcəyik, elə deyilmi?!

Hər kəs bir cür geyinə bilər, ya da hərə bir yerə qədər soyunub gəzə bilər. Ancaq cəmiyyətə çıxanda ortaq bir geyim tərzi anlayışı var.

Yaxud cəmiyyət içində normal qəbul olunan geyim tərzləri, formaları olur.

Şəraitə görə də geyim tərzinin qəbul edilib-edilməməsi var. Məsələn, adamlar çimərlikdə bir-birinin yanında soyunur, dənizdə çimir. Ancaq çimərlikdən çıxıb küçədə o cür gəzə bilməz axı.

Bəli, konsertə bir qadın hicabla gedər, biri ziyafət paltarında. Bunun ikisi də normaldır. Ziyafət paltarında dekolte olacaq, bu da təbiidir. Ancaq ziyafət geyimi, demək olar ki, heç nə geyinməyəcək qədər şəffaf, yaxud açıq tərz deyil. Bunu bütövlükdə cəmiyyət, yaxud cəmiyyətin bir hissəsi özünə qarşı hörmətsizlik kimi qəbul edə bilər.

Bu dəfəki - növbəti "geyinmə-soyunma" mübahisəsində ortaya bir tezis də atıldı: "Geyim əxlaqın göstricisi deyil". Jurnalist həmkarım Vüsal Məmmədov bu haqda maraqlı və məncə, doğru yazıb. Onun statusundan bir hissəni təqdim edirəm:

""Geyim insanın əxlaqını göstərmir" söhbəti bir qədər dolaşıqdır, çünki əvvəlcə "əxlaq" istilahı altında nələrin nəzərdə tutulduğunu aydınlaşdırmaq lazımdır. Amma geyim insanın kimliyini, təfəkkür və düşüncə tərzini, mədəniyyətini, hətta sosial pillələrdəki yerini göstərir. Geyim bir növ dress-koddur. İnsan geyimi ilə istər-istəməz ətrafa mesajlar verir.

Geyim sənin təkcə bədənini örtmür (açmır), həm də içindəki personajı aşkara çıxarır. Bu hər zaman belə olub, indi də belədir. Ona görə də, geyim hətta mücərrəd əxlaqın göstərici olmasa belə, yüngül yanaşılmayacaq qədər ciddi məsələdir".

Bəli, əsas fikir - əsl həqiqət budur: geyim yüngül yanaşılmayacaq qədər ciddi məsələdir.

Dünyanın ən mədəni, ağıllı xalqlarında da geyimə münasibət elə bizimki kimidir. İşgüzar geyim bir cürdür, səyahət geyimi başqa cür. Dini geyim bir cürdür, milli geyim bir cür. Rəsmi geyim başqadır, əyləncə geyimi başqa. Çimərlikdə isə hamı soyunub çimir.

Hətta çimərliyin də öz tərzi var.

Vüsal Məmmədov yazır ki, bu, hər zaman belə olub, indi də belədir.

Doğrudur. Əgər geyim - bədəni örtmək bu qədər önəmli olmasaydı, Adəmdən üzübəri elə hamı, sadəcə, intim bölgələrini əncir yarpağı ilə örtüb gəzərdi; bu, kifayət eləyərdi. Bəs niyə belə etmədi insan?! Çünki geyim də insanlar arasında kommunikasiyanın bir elementinə, vasitəsinə çevrildi. O üzdən həmkarım haqlı olaraq deyir ki, insan geyimi ilə ətrafa mesajlar verir.

Almaniyanın Azərbaycandakı səfiri olmuş Mixael Şmunk bir müsahibəsində bizim haqqımızda belə demişdi: "Sizin ölkədə tələbə qızlar Universitetə ziyafət paltarında gedir". Demək istəmişdi ki, az qala gecə köynəyi geyib dərsə gedirlər.

Bu söz, əlbəttə, bizim xoşumuza gəlməmişdi; səfiri tənqid etmişdik o vaxt qəzetlərdə. İndiki kimi sosial media olsaydı, o zaman səfir Şmunku gecə-gündüz linç edərdik. Ancaq adam nəticədə gördüyünü demişdi. Bunu biz də görürüksə və gördüyümüzü demiriksə, Şmunkdan yaxşı adam oluruq?! Yox!

"Qırmızı fonarlar" tərzində geyinib, cəmiyyətə çıxanda, əlbəttə, bunu hamı görəcək, bir qism güləcək, bir qism susacaq. Ancaq kimsə də dözməyib səsini çıxaracaq. Buna da təbii baxmaq lazımdır. İndi öz geyimi ilə cəmiyyətə sayğısızlıq edəni təqdir etməliyik, yoxsa buna susmayanı tənqid etməliyik?! Bəlkə əksinə olsun?!

"İnqilabi" tərzdə geyinən (yaxud soyunan) deyir: "Əynimdəkinin açıq-saçıqlığına baxmayın, mən normal adamam, əxlaqım da yerindədir". Bununla razılaşmayanlar nə deyir?! Sadəcə, bir şey: "Elə geyin ki, ətrafa əlavə izahat verməyə ehtiyacın olmasın". Əgər kimsə: "Mən soyunub cəmiyyət içinə çıxacam, heç kimə də izahat, hesabat verməyə borclu deyiləm" deyirsə, deməli, onda sorğulanacaq çox şey var. Çünki, həmkarımın da dediyi kimi, geyim yüngül yanaşılmayacaq qədər ciddi məsələdir.

P.S. Uzun müddət cəmiyyətimizdə belə bir mübahisə də vardı: qadın şalvar geyməlidirmi, ya yox?! Kişilər öz ailəsindəki qadınların, xüsusilə, ailə quracağı qızların şalvar geyinməsinə qarşı çıxırdılar. Bu da qadınlarla kişilər arasında anlaşılmazlığa, narazılıqlara, dava-dalaşa, hətta ailələrin dağılmasına səbəb olurdu. Bu mübarizədə qadınlar qalib gəldi, kişilər geri çəkildi; məğlub oldu. Ancaq əslində məğlub olan təkcə kişilər deyildi. Çünki kişilərin qadına şalvar geyinməyi yasaqlamağının çox dərin səbəbləri var idi. Bu səbəbləri elm də izah edib, elə din də. Həm də tutarlı sübutlarla əsaslandırıblar.

Bunu çox adam niyə bilmir?! Çünki kitab oxumuruq axı, hələ, sadəcə, TikTok-da əyləncə videolarına baxırıq...

Bu, şübhəsiz ki, başqa bir söhbətin mövzusudur. Maraqlı gəldisə, ayrıca yazıda yazaram.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri