Icma.az
close
up
RU
DSX multikulturalizmin cəmiyyətdəki rolu ilə bağlı maarifləndirici tədbir keçirib

DSX multikulturalizmin cəmiyyətdəki rolu ilə bağlı maarifləndirici tədbir keçirib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 avqust, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında “Azərbaycançılıq ideologiyası multikultural cəmiyyətdə birlik və bərabərliyin təminatçısı kimi” mövzusunda maarifləndirici tədbir təşkil edilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil edilən tədbirin məqsədi çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda etnik rəngarəngliyin qorunması istiqamətində uğurlu dövlət siyasəti barədə şəxsi heyətin məlumatlandırılması, dini maarifləndirmə səviyyəsinin artırılması olub.

Çıxış edənlər bildiriblər ki, azərbaycançılıq ideologiyası müasir dövrdə ölkəmizin milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmaqla yanaşı, tarixi köklərə malikdir və bu ideologiyanın formalaşması, dövlət siyasəti səviyyəsinə yüksəlməsi bilavasitə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi Öndərin müəyyənləşdirdiyi bu strateji xətt bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz dünya miqyasında multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınır.

Qeyd olunub ki, azərbaycançılıq ideologiyası ölkədə ictimai-siyasi sabitliyin, dini, etnik müxtəlifliyin qarşılıqlı hörmət şəraitində inkişafının təminatçısıdır və bu ideologiya yalnız dövlət siyasəti deyil, eyni zamanda, xalqımızın mənəvi həyat tərzidir.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, azərbaycançılıq ideologiyasının gənc nəslə daha geniş təbliği, milli birliyin və multikultural dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri