Icma.az
close
up
RU
Cəmiyyətin qara üzü İnsanı insana düşmən edən inanclar günümüzə də gəlib?!

Cəmiyyətin qara üzü İnsanı insana düşmən edən inanclar günümüzə də gəlib?!

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bəzən insanın həyatda sahib olduqları yox, ona baxaraq deyilənlər, münasibətlər, gözləntilər onu daha çox yorur. Bəzi anlayışlar var ki, zamanla dəyişməli, yenilənməli olduğu halda hələ də köhnə yükünü daşıyır. Cəmiyyətin insan üzərində qurduğu qəliblər, rollar və bu rollardan kənara çıxanlara münasibət isə bəzən ən böyük haqsızlığa çevrilir.

Uzun illər boyu insan həyatının əsas dəyəri övlad sahibi olmaqla ölçülüb. İndi isə fərqli baxışlar formalaşır – həyat yalnız bir valideynlik təcrübəsi ilə məhdudlaşmır. Bəs görəsən, bu dəyişikliklərə baxmayaraq, niyə övladı olmayan insanlara qarşı münasibət hələ də dəyişməyib?

Psixoloq İlhamə Mustafayeva mövzu ilə bağlı fikirlərini “Yeni Sabah”la bölüşüb:

“Əvvəlki dövrdə yaşayan insanlar əsas olaraq, həyatlarının mənasını uşağa bağlayıblar. Düzdür indi də belələri var. Amma o dönəmlər də bu say üstünlük təşkil edib. Sosial-iqtisadi şərait baxımından həmin dövrdə oğlan uşaqlarına daha çox ehtiyac olub. Bu baxımdan oğlan uşaqlarının dünyaya gəlməsi daha çox istənilirdi. Oğlan olmayan kişilər də bir növ cəmiyyətdən təcrid edilirdi, sayılmırdı. Qız uşaqlarının ailələrdə hər hansı iqtisadi gücü yox idi. Müəyyən bir yaşa çatdıqdan sonra evdə ailə üzvü olaraq belə sayılmırdılar. Qızlara ailədə müvəqqəti yaşayan üzv kimi baxılırdı. Bütün bunlar həmin dövrlərin tələbatlarına uyğun olaraq meydana gələn düşüncə və inanclar idi.

Övladları olmayan şəxslər sözügedən dövrdə neqativ enerji ötürən insanlar kimi qəbul edilirdi. Kiminsə uşağı yoxdursa, o bədbəxt və sonsuz kimi görülürdü. Hazırkı dönəmdə isə bir çox cütlüklərin  özləri dünyaya uşaq gətirmək istəmir, yaxud yaxın zaman kəsiyində planlamırlar. Avropa ölkələri buna misal olaraq göstərilsə də, Azərbaycanda da belə ailələrin sayı artıb. İndi həyatın mənası daha çox insanın özünə fokuslanıb”.

Psixoloq onu da qeyd edib ki, övladı olmayan şəxsləri cəmiyyətdə təcrid etdikcə, həmin insanlarda bu və ya digər dərəcədə psixoloji problemlərin meydana gəlməsinə səbəb olurlar:

“Ancaq əksinə olaraq bu adamlara qol-qanad açılsa, sosial tədbirlərə dəvət edilsələr daha yaxşı olar və övlad əskikliyi yaşamaz. Lakin cəmiyyət onları özündən kənarlaşdırıb neqativ enerjili biriləri kimi kodlaşdırdıqca həmin insanlarda aqresivləşmə başlayır və bu zaman həqiqətən neqativ enerji ötürə bilirlər”.

Aytac Əliyeva  


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyun 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri