Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Çempion: “Taekvandoçu olmasaydım, futbolla məşğul olacaqdım”

Çempion: “Taekvandoçu olmasaydım, futbolla məşğul olacaqdım”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Paris-2024 Yay Paralimpiya oyunlarının qalibi, parataekvandoçu İmaməddin Xəlilov “Kəpəz”in saytına müsahibə verib.

Futbolpess.az xəbər verir ki, çempion müsahibəsində bunları deyib:

– Ənənəvi sualla başlamaq istərdik. İmaməddin, sən də futbolçu olmaq istəmisən?
– Təbii ki, taekvandoçu olmasaydım, sizi əmin edirəm ki, futbolla məşğul olacaqdım. Çünki ürəyimdə futbola, “Kəpəz”ə sevgi var. Uşaqlıqdan sevimli komandamızın oyununa baxa-baxa futbolun vurğunu olmuşam. “Kəpəz”in səfər oyunlarına da gedərək izləmişəm. Bir gəncəli kimi bu komandaya azarkeşlik edirəm.

– Parisdə çempion adını qazananda klub olaraq səninlə çox qürurlandıq…
– “Kəpəz”in sosial şəbəkələrdəki səhifələrini daimi izləyirəm, paylaşımları bəyənirəm. Çempion olanda mənimlə bağlı poster paylaşılmışdı. Doğrusu, mənim üçün sürpriz oldu. Azarkeşlik etdiyim komanda məni yaddan çıxartmamışdı. Sevincinə şərik olduğum klub bu dəfə mənim uğuruma sevindiyini nümayiş etdirmişdi. Çox qürurlandım. Mənim üçün çox sevindirici idi.

– Boş vaxtlarında yəqin ki, futbol oynayırsan.
– Bəli, milli komandada təlim-məşq toplanışları dövründə yığma üzvləri ilə tez-tez futbol oynayırıq. Millidə tək gəncəli olaraq “Kəpəz” azarkeşi kimi tanınıram. Bizdə “Qarabağ”a, “Neftçi”yə və “Sabah”a azarkeşlik edən uşaqlar var. Çempionat oyunları zamanı komandalarımız qarşılaşanda bir-birimizə qıcıq veririk. Özümüz oynayanda “Kəpəz”in formasını geyinib meydana çıxıram. Bundan sonra klub tərəfindən hədiyyə verilən və adım əks olunan forma ilə oynayacağam. Bizdə bir nəfər vardı, inad göstərərək bütün idmançılara “Neftçi”nin formasını hədiyyə vermişdi. Amma mən götürmədim (gülür).

– Komanda ilə görüşməyin səndə hansı təəssüratlar yaratdı?
– Açığı, zəng olunub kluba dəvət ediləndə çox sevindim. Azarkeşlik etdiyim komandanın üzvləri ilə meydançada görüşmək çox xoş oldu. Bəzi hisslər var ki, onları sözlə ifadə etmək olmur. O anları yaşadım. Bir azarkeşin arzusu gerçəkləşdi. Akademiyanın binası, şəraiti, məşq meydançaları ilə tanış oldum. Yeni stadion tikilir. Bütün bunlar Gəncədə futbolun inkişafına dəstək verəcək. Şəhərimizdə həmişə istedadlı futbolçular olub. Onların inkişafı üçün bazaya ehtiyac vardı. Köhnə stadionda betonun üstündə otururduq. Sonra arenanın bir qisminə plastik oturacaqlar quraşdırıldı. Amma şərait o deyildi. “Kəpəz” azarkeşi olaraq ən pis təsir edən məqam illər öncə Avroliqa oyunumuzu Bakıda keçirməyimiz oldu. Onda da tribunalarda istədiyimiz qədər azarkeş toplaşmamışdı. Oyun Gəncədə keçirilsəydi, stadion tam dolardı. Nəticələr də başqa cür olardı. Həmin vaxt çox pis olmuşdum. Avropa səviyyəli stadionun tikilməsi bu problemi həll edəcək. Gəncədə oynamaq tamam başqa mənzərə yaradacaq. Daxili çempionat oyunlarında ən çox azarkeş bizim komandanın matçlarına gəlir. Dolu tribunalar önündə oynamaq komandaya ayrıca motivasiya verir.

– Komanda ilə görüşəndə bu mövsümə nəzər salıb uşaqlara ürək-dirək verdin. Onları motivasiya etməyə çalışdın.
– İdmançı olaraq özümün də başıma belə şeylər gəlib. 7 il boyunca heç bir yarışda uğur qazanmadım. Amma ruhdan da düşmədim. Nəticə əldə etdikdən sonra uğurlarım ardıcıl gəlməyə başladı. Mən də komandanı belə görmək istəyirəm. 8 turdan sonra tilsimi qırdıq. Bunun ardı gəlməlidir. Derbidə “Neftçi”ni məğlub etdik. Əzəli rəqabətə yaraşan matç oldu. İki möhtəşəm qol vurduq. Məncə, Mahamadu Banın zərbəsi mövsümün qolu ola bilər. Növbəti oyunlarda daha güclü “Kəpəz” görəcəyik. Futbolçuların özünə inamı artacaq.

– Son olaraq gəncəli azarkeşlərə hansı çağırışı edə bilərsən?
– Gəncədə “Kəpəz”dən başqa bir komandaya azarkeşlik edən bəlkə də yoxdu. Komanda uğursuz mövsüm keçirə bilər. Amma bu o demək deyil ki, sən bir azarkeş kimi oyunlara getməməlisən, dəstək olmamalısan. Əksinə, əsl azarkeş komandanın pis vaxtında da yanında olmalıdır. Yaxşı günlərdə onsuz da hamı gəlir. Əsas uğursuzluq olanda dəstək vermək lazımdır. Hamını komandaya dəstək olmağa çağırıram.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 May 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri