Çempionlar Liqası oyunlarından zövq almağa çalışacağıq Qarabağ ın müdafiəçisi
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
“Qarabağ”ın yeni transferi Dani Bolt Sportal.az saytına açıqlama verib.
Braziliyalı futbolçu komandasının son turdakı “Karvan-Yevlax” üzərində qələbəsi haqda danışıb:
“Son matçda qalib gəldiyimiz üçün şadam. Çempionatda asan oyunun olmadığını yaxşı bilirik. Çətin olsa da, qələbə qazanmağı bacardıq. “Qarabağ”a adaptasiyam yaxşı alındı. Tez bir zamanda komandaya uyğunlaşdım. Azərbaycana gəlməmişdən qabaq da, dostlarımla danışmışdım. Baş məşqçimiz bizə necə oynamaq lazım olduğunu dəqiqliyi ilə bildirir. Təəssüratlarım çox yaxşıdır”.
Ağdam klubunun 26 yaşlı müdafiəçisi Çempionlar Liqasının liqa mərhələsində oynayacaqları üçün sevindiyini də söyləyib:
“Futbolçu olaraq, Çempionlar Liqası səviyyəsində oynamağı hər zaman gözləyirsən. Biz buna nail olduq. Çempionlar Liqası oyunlarından zövq almağa çalışacağıq”.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 04 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















