Çempionlar Liqası: Portuqaliyada tarixi qələbə qazanan “Qarabağ” komandası Vətənə qayıdıb
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ" komandası Vətənə qayıdıb. SİA xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ağdam təmsilçisinin nümayəndələri, azarkeşlər və media mənsubları qarşılayıblar.
Oyuna inamsız başlayan “Qarabağ” 6-cı və 16-cı dəqiqələrdə buraxılan qollarla hesabda 2 top fərqi ilə geri düşüb. Buna baxmayaraq, ruhdan düşməyən Azərbaycan çempionu 30-cu dəqiqədə Leandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb. İlk hissə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarıya əla start verən ağdamlılar yeni transferi Kamilo Duranın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Aleksey Kaşuk qoyub. Bununla da “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Sentyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















