Çempionlar Liqasının ikiqat qalibi olan futbolçu karyerasını başa vurdu
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının ikiqat qalibi və İngiltərə millisinin sabiq qapıçısı Skott Karson peşəkar futbol karyerasına spn qoymaq qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə S.Karson "Instagram" səhifəsində yazıb.
"İnanılmaz səyahətdən sonra əlcəkləri asmaq vaxtı çatıb. Futbol mənə hər şeyi verdi - xatirələr, dostluqlar və heç vaxt unuda bilməyəcəyim anlar. Səfərimin bir parçası olan hər bir komanda yoldaşıma, məşqçiyə, azarkeşə və kluba təşəkkür edirəm. Bunu sizinlə bölüşmək mənim üçün şərəf idi", - deyə o bildirib.
Qeyd edək ki, 2025-ci ilin yayından etibarən futbolçu azad agent statusunda olub.
2004/05 mövsümündə qapıçı yalnız bir oyun keçirərək "Liverpul"la UEFA Çempionlar Liqasının qalibi olub. O, 2022/23 mövsümündə “Mançester Siti” ilə yenidən Çempionlar Liqasının qalibi olub. O, həmin mövsüm heç bir yarışda komandanın heyətində bir oyun da keçirməyib.
Baxış sayı:64
Bu xəbər 23 Oktyabr 2025 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















