“Cənab Prezident jurnalistikamızın gərək olanda hücuma keçmə potensialı xüsusi qabartdı”
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
“Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda media ilə, Azərbaycan mətbuatı ilə bağlı dedikləri əslində bizim müstəqillik dönəmi mediasının fəaliyyətinin yekun qiymətləndirilməsi kimi qəbul edilə bilər”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət söyləyib.
A.Həsrət bir zamanlar Azərbaycanın səsini dünyaya çatdırmaqda bizim çox böyük çətinliklərlə üz üzə qaldığımızı deyərək əlavə edib ki, artıq bu gün o problem, ümumiyyətlə, yoxdur: "Dünyanın hər tərəfində Azərbaycan mətbuatı, mediası oxunur, Azərbaycan jurnalistləri izlənilir və cənab Prezident də məhz bunu nəzərə alaraq Azərbaycan mətbuatının çox böyük inkişaf yolu keçdiyini qeyd elədi. Prezident, eyni zamanda, bizim jurnalistikamızın gərək olanda hücuma keçmə potensialını da xüsusi olaraq qabartmış oldu. Əlbəttə ki, bunlar əslinə qalanda bizim illər öncə qarşımıza qoyduğumuz məqsədlər, hədəflər idi. Belə anlaşılır ki, o hədəflərə çatmışıq. Amma burada dayanmalıyıqmı? əsla. Yeni hədəflər müəyyən etməli və daha da irəli getməliyik".
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 22 İyul 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















