“Cənab Prezidentin Bayden administrasiyasına tənqidi fikirləri tam əsaslı yanaşmadır”
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Möhtərəm cənab Prezident İlham Əliyevin 907-ci düzəlişlə bağlı səsləndirdiyi fikirlər ilk növbədə Azərbaycan-ABŞ münasibətlərini real prizmadan dəyərləndirməyə imkan verir. 907-ci düzəliş uzun müddət Azərbaycana qarşı ədalətsiz, selektiv yanaşmanın göstəricisi olub. ABŞ Konqresi tərəfindən, xüsusilə, erməni diasporunun təsiri ilə qəbul edilən qətnamə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, işğal faktorunu təhrif edərək məhz işğala məruz qalan tərəfə tətbiq edilib. Bu isə ikili standartlar anlayışının klassik nümunəsi kimi qiymətləndirilməlidir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Deputatın sözlərinə görə, biz müxtəlif zamanlarda rəsmi Vaşinqton tərəfindən sözügedən düzəlişin dondurulmasının şahidi olmuşuq: “Bu isə birmənalı şəkildə Birləşmiş Ştatların geosiyasi maraqları çərçivəsində reallaşıb. Yəni 11 sentyabr hadisələrindən sonra ABŞ-nin Əfqanıstandakı hərbi əməliyyatları üçün Azərbaycanın strateji üstünlüklərindən yararlanmaq istəyi ABŞ prezidentlərini öz səlahiyyətlərindən istifadə edərək 907-ci düzəlişin tətbiqini dayandırılması zərurətini yaradırdı. Bu səbəbdən proses keçici olaraq dondurulurdu. Lakin Birləşmiş Ştatların prezident Bayden dövründə Əfqanıstandan çəkilməsi həmin düzəlişin yenidən aktivləşdirilməsi ilə nəticələndi. Bu kontekstdə cənab Prezident İlham Əliyevin Bayden administrasiyasına yönəlik tənqidi fikirləri tam əsaslı yanaşmadır”.
G.Ağamalı əlavə edib ki, ancaq hazırda Bakı-Vaşinqton münasibətlərində tamamilə yeni bir səhifə açılıb: “Geridə qoyduğumuz il ölkə rəhbərimizin ABŞ-yə səfəri və səfər çərçivəsində məhz 907-ci düzəlişin dondurulması ilə bağlı ABŞ Prezidenti Donald Trampla razılaşması ikitərəfli əlaqələrimizin məhz dəyərlər üzərində qurulacağının göstəricidir. İnanırıq ki, qarşıdakı dövrdə ABŞ Konqresi bu ədalətsiz yanaşmanı birdəfəlik ləğv etməklə münasibətlərimizin daha sağlam təməllər üzərində inkişafına stimul verəcək”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 Yanvar 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















