Icma.az
close
up
RU
Cənab Prezidentin qeyd etdiyi kimi Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar

Cənab Prezidentin qeyd etdiyi kimi Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Ötən əsrin sonlarında millətçilik dünyanın nizamını dəyişməyə meyilləndi. Bu meyil ermənilik idi. Vətənpərvər şair Eldar Baxış erməniliyi “alçaq budaqların üstə oturub böyük budaqları silkələmə” cəhdi adlandırmışdı. Əvvəlki dövrlərdə olduğu kimi, 1988-ci ildə də ermənilik milli gözəgötürməzliyə söykənib Azərbaycandan ərazi iddiasına düşdü, bu iddia ilə bir sırada Ermənistanda yaşayan azərbaycanlılara qarşı əvvəlcə zorakılığa, sonra təxribatlara, şərləmələrə, vəhşiliyə, nəhayət kütləvi şəkildə öldürmələrə, qovmalara başladı. Yüz minlərlə azərbaycanlı qışın şaxtasında, minbir əzabla ölümün əlindən can qurtara bildi. Zəngəzurda azərbaycanlı qalmadı.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər dünyanın pozulmuş nizamının da düzəlməsinə siyasi şərait yaratdı. Şərqi Zəngəzurda quruculuq işləri başladı, Qərbi Azərbaycan icmasının təşkilatlanması tarixi gerçəkliklərə əsaslanıb tarixi ədalətin bərpa olunması üçün ciddi mübarizənin başlanğıcı oldu. Bu mübarizə bütün azərbaycanlıların mübarizəsidir.
Ermənistan Respublikasının sabiq prezidenti Levon Ter-Petrosyan erməniliyin niyyətinin konturlarını 1993-cü il iyulun 23-də etdiyi çıxışında açmışdı: “Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemi həll etdi. Ermənistan və Artsax tamamilə əcnəbilərdən təmizləndi. Yenə deyirəm, bu, 600 illik problem idi və onun əhəmiyyətini erməni xalqı hələ 600 il də bundan sonra hiss edəcək. Təsəvvür edin, bu gün Ermənistanda 180 min əcnəbi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Zəngəzuru qoruya, şimal-şərq rayonlarımızı qoruya, Sevan sahilini qoruya bilməzdik, burada bir neçə yeni muxtariyyətimiz olacaqdı. Yada salaq ki, azərbaycanlılar üç bölgədə çoxluq təşkil edirdi: Vardenis, Masis, Amasiya – bütün Zəngəzur zonasında onların sayı çox idi. Bu problem həll olundu”.
Erməniliyə xidmət edən o qondarma problemi 30 il sonra Azərbaycan Ordusu həll etdi. Bunu erməni siyasətçiləri də etiraf etməkdədirlər. Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun cari ilin yanvarında qəbul etdiyi Bəyanatı da 30 il əvvəl tarixin axarını dəyişmiş hadisələrin geri dönüşünü gerçəkləşdirmək məqsədinin ideoloji işığıdır. Bu Bəyanat azərbaycançılığın Bəyanatıdır. Bu Bəyanat Qərbi Azərbaycana tarixi qayıdışın mahiyyətinin Bəyanatıdır. Bu Bəyanat gerçəkliyin Bəyanatıdır...
İkinci Qarabağ müharibəsində məğlub olan işğalçı Ermənistan elan etmədən başladığı müharibə ərəfəsində zorən çıxartdığı azərbaycanlıların sırasında minlərlə uşaq, yeniyetmə də vardı. Onların əksəriyyəti bu gün Qərbi Azərbaycana qayıdış konsepsiyasının cəfakeşlərindəndir. Tarix bundan utansın! Tarixi bu səviyyədə utanmağa məhkum edənlər tarixə cavab versinlər.
Qərbi Azərbaycan icması daim beynəlxalq ictimaiyyəti Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi sistematik irqçiliyi və etnik təmizləmə siyasətini pisləməyə çağırır, Ermənistan hökumətindən isə silahlanmanı dərhal dayandırmağı, irqçi siyasətlərdən imtina etməyi, Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməyi və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı tələb edir. Bu tələb Azərbaycan dövlətinin istəyinin ifadəsidir və xalqın sabahlarına qayğıların tələbidir...
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə qətiyyətlə bildidi ki,  Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar... Biz bu məsələni gündəlikdən çıxartmayacağıq. Halbuki bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar.
Qərbi Azərbaycan icması cənab Prezident İlham Əliyevin regionda sülh və sabitliyin bərqərar olunması sahəsində dönməz fəaliyyətini  tam və birmənalı şəkildə dəstəkləyir, Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına verdiyi möhkəm dəstəyi yüksək qiymətləndirir. Qalib Prezidentimizə olan inam icmanın mübarizliyini daha da artırır və onları qarşıya qoyulan hədəflərin yerinə yetirilməsinə ruhlandırır.
Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü olaraq qeyd etməyi özümə borc bilirəm ki, Qərbi Azərbaycan icmasının fəaliyyəti sülh niyyətlidir. Nə vaxtsa eşitdiyim bir kəlamı xatırlayıram: “Deyənin eşidəni gərək”. Ermənistan Azərbaycan icmasının ədalətli tələbini düşdüyü çıxılmazlıqdan qurtuluşa yol göstərən səmimi siyasi çağırış bilməli, Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməli və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə qeyd-şərtsiz dialoqa başlamalıdır.
İnanıram ki, Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Fevral 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri