Icma.az
close
up
RU
“Cəngi” estrada folklor ansamblı Vyanada “Alov ritmləri” konsert proqramı ilə çıxış edib

“Cəngi” estrada folklor ansamblı Vyanada “Alov ritmləri” konsert proqramı ilə çıxış edib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vyana, 4 iyun, AZƏRTAC

28 May – Müstəqillik Günü münasibətilə Avstriyanın paytaxtı Vyanada yerləşən “MuTh” konsert salonunda “Cəngi” estrada folklor ansamblının “Alov ritmləri” adlı möhtəşəm konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyət və media nümayəndələri, Avstriyada yaşayan soydaşlarımız və musiqisevərlər iştirak ediblər.

Əvvəlcə tamaşaçılara bu əlamətdar gün ərəfəsində keçirilən konsert barədə məlumat verilib, şəhərin ən müasir konsert salonlarından biri olan və Vyana Oğlanlar Xorunun mütəmadi çıxış etdiyi “MuTh“ konsert salonunda ilk dəfə Azərbaycan musiqisinin səslənməsindən məmnunluq ifadə edilib. Konsertin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayevə və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımovaya təşəkkür edilib.

Bədii hissədə Azərbaycan Respublikasının Xalq artisti, tarzən və ud ifaçısı Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada folklor ansamblı konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycan muğamları üzərində caz kompozisiyaları, bəstəkar və xalq mahnıları yüksək məharətlə təqdim olunub. Tar, ud, tütək, zurna, balaban və nağara kimi milli musiqi alətlərimizin ifası təqdim olunan kompozisiyalara xüsusi rəng qatıb.

Ansamblın təqdim etdiyi rəngarəng və zəngin repertuar izləyicilərə dərin təsir bağışlayıb, tamaşaçılar Azərbaycan ruhunu daşıyan bu unikal caz musiqisindən böyük zövq alıblar. Konsertdə ifa edilən əsərlər istər klassik caz, istər estrada, istər etnocaz, istərsə də milli Azərbaycan musiqisi olmaqla tamaşaçılara xoş təəssüratlar bəxş edib.

Azərbaycan musiqisi ilə tanış olmayan bəzi avstriyalı dinləyicilər konsertdən sonra qarşılaşdıqları bu fövqəladə musiqi aləminin onları valeh etdiyini xüsusi vurğulayıb, bu kimi layihələrin tez-tez həyata keçirilməsini arzulayıblar.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri