Icma.az
close
up
RU
Cennifer Lopez evini 19 milyon dollar endirimlə satışa qoydu

Cennifer Lopez evini 19 milyon dollar endirimlə satışa qoydu

Lent az saytına istinadən Icma.az xəbər verir.

Məşhur ulduz Cennifer Lopez, Ben Affleck ilə ayrıldıqdan sonra Beverli-Hillzdə yerləşən dəbdəbəli malikanəsini yenidən satışa çıxarıb. 68 milyon dollara satışa təqdim olunan, lakin alıcı tapmayan lüks mülkün qiyməti rekord endirimlə 49,9 milyon dollara (təxminən 84 milyon 830 min manat) qədər endirilib.

Lent.az xarici mediayta istinadla xəbər verir ki, məşhur cütlük sözügedən malikanəni 2023-cü ilin may ayında təxminən 60,9 milyon dollara satın almışdı.

Münasibətlərinin bitməsindən sonra ev əvvəlcə 68 milyon dollara satışa çıxarılsa da, aylarla alıcı tapılmadığı üçün qiymət mərhələli şəkildə aşağı salınıb. Əvvəlcə 59,9 milyon dollara, daha sonra isə 52 milyon dollara endirilən mülkün son satış qiyməti 49,9 milyon dollar olaraq müəyyən edilib.

Qeyd edək ki, Ben Affleck ötən ilin aprel ayında malikanə üzərindəki bütün hüquqlarını heç bir ödəniş tələb etmədən tam şəkildə Cennifer Lopezə təhvil verib. Bundan sonra satış prosesini təkbaşına idarə etməyə başlayan Lopez elan məlumatlarını yeniləyərək evi yenidən bazara çıxarıb.

Əmlakda 12 yataq otağı və 24 hamam otağı mövcuddur. Bundan əlavə, qapalı basketbol və pickleball meydançaları, tam təchizatlı idman zalı, boks rinqi, tennis kortu, möhtəşəm dağ mənzərəsi və yüksək səviyyəli təhlükəsizlik sistemi də yer alır.

Yeni yayımlanan elan fotolarında diqqət çəkən əsas məqamlardan biri isə malikanədəki şəxsi əşyaların demək olar ki, tamamilə yığışdırılması olub. Xüsusilə bir vaxtlar sosial mediada geniş müzakirə olunan nəhəng geyim otağının boş görüntüləri, cütlüyün bu evlə bağlı bütün xatirələri arxada qoyduğunu göstərib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 May 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri