CENTCOM ilk çoxmillətli zərbə dronları qrupunu yaradır
Icma.az bildirir, Baku.ws portalına istinadən.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) öz tarixində ilk dəfə zərbə pilotsuz uçuş aparatlarının tətbiqi üzrə çoxmillətli "Task Force Falcon Strike" qrupunun yaradıldığını elan edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki məlumatında deyilir.
Qeyd olunub ki, bölmə havada, suda və su altında fəaliyyət göstərən birtərəfli fəaliyyətli zərbə pilotsuz sistemlərini tətbiq edəcək. Onun tərkibinə Amerika hərbi qulluqçuları, eləcə də ABŞ-nin Yaxın Şərqdəki tərəfdaş ölkələrinin nümayəndələri daxil olacaq.
"Task Force Falcon Strike" regional müttəfiqlərimizin və tərəfdaşlarımızın nəhəng innovasiyalarını nəzərə alaraq "Task Force Scorpion Strike"ın uğurunu davam etdirəcək. Yeni imkanlarımızın inteqrasiyası və birgə yerləşdirilməsi bizə yeni məqsədləri sürətlə reallaşdırmağa kömək edəcək", - CENTCOM komandanı Bred Kuper bildirib.
Kuperin sözlərinə görə, ABŞ artıq regional tərəfdaşlarla məsləhətləşmələrə başlayıb və onlar qoşulduqca yeni qrupun imkanları genişlənərək regionda vahid çoxmillətli çəkindirmə sistemini formalaşdıracaq.
Qeyd edək ki, "Task Force Scorpion Strike" doqquz ay əvvəl yaradılıb və Yaxın Şərqdə ilk ixtisaslaşdırılmış zərbə pilotsuz uçuş aparatları eskadrilyası olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 13 Avqust 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















