CENTCOM SEPAH ın iddiasını rədd etdi: İran Hörmüz boğazına nəzarət etmir
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazının giriş və çıxış xətlərinə tam nəzarət etməsinə dair növbəti iddialarını rəsmən təkzib edib.
XQ xəbər verir ki, CENTCOM məsələ ilə bağlı xüsusi bəyanat yayıb.
Bəyanatda deyilir: "Bu məlumat tamamen yalandır. İran Hörmüz boğazına nəzarət etmir. Strateji beynəlxalq dəniz dəhlizi SEPAH-ın təhdid və hücumlarına baxmayaraq, beynəlxalq tranzit gəmiləri üçün açıq qalmaqdadır."
Açıqlamada vurğulanıb ki, SEPAH qüvvələri ticarət gəmilərini zorla yalnız özlərinin müəyyənləşdirdiyi marşrutla hərəkət etməyə məcbur etməyə cəhd göstərir.
CENTCOM ticarət gəmilərinin ABŞ ordusu və koalisiya qüvvələrinin dəstəyi ilə boğazdan istifadəni davam etdirdiyini diqqətə çatdırıb. Məlumatda bildirilir ki, may ayının əvvəlindən bəri ABŞ qüvvələri 900-dən çox gəminin boğazdan təhlükəsiz keçidini təmin edib.
Xatırladaq ki, bir qədər əvvəl İran hərbi komandanlığı Oman sahilləri yaxınlığından — Hörmüz boğazından keçən cənub dəniz marşrutunun minalandığını və boğazın hərəkət üçün bağlandığını bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 23 İyul 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















