Icma.az
close
up
RU
Cənubi Koreya humanoid robotların inkişafına 1,66 milyard dollar ayıracaq

Cənubi Koreya humanoid robotların inkişafına 1,66 milyard dollar ayıracaq

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Cənubi Koreya hökuməti süni intellekt sahəsində qlobal rəqabətin gücləndiyi bir vaxtda humanoid robotların yerli istehsalının inkişafına 2030-cu ilədək 2,3 trilyon von (təxminən 1,66 milyard ABŞ dolları) vəsait ayırmağı planlaşdırır.

Koreya JoongAng Daily-nin yaydığı məlumata görə, hökumətin hazırladığı proqramın əsas məqsədi ölkədə humanoid robotların tam texnoloji bazasının formalaşdırılması, yerli komponent istehsalının genişləndirilməsi və robotların əsas sənaye sahələrində tətbiqinin sürətləndirilməsidir.

Proqram çərçivəsində gələn il üçün 600 milyard von vəsait ayrılması təklif edilir. Hökumət humanoid robotlar üçün əsas komponentlərin – aktuatorlar, robot əlləri və sensorların – yerli istehsalını artırmağı qarşıya məqsəd qoyub. Bu sahədə yerli komponentlərin payının hazırkı 45 faizdən 80 faizə çatdırılması nəzərdə tutulur.

Planın mühüm istiqamətlərindən biri də robotların real sənaye mühitində tətbiqidir. Hökumət 2027-ci ildə ölkə daxilində hazırlanmış 250 humanoid robot almağı, 2030-cu ilədək isə onların ümumi sayını 1080-ə çatdırmağı planlaşdırır. Bu robotların universitetlərə və dövlət tərəfindən maliyyələşdirilən tədqiqat institutlarına paylanması nəzərdə tutulur.

Bundan əlavə, 2030-cu ilədək humanoid olmayan, o cümlədən dördayaqlı robotlar da daxil olmaqla, ümumilikdə təxminən 5 min robotun dövlət tərəfindən alınması planlaşdırılır.

Cənubi Koreya eyni zamanda humanoid robotların yüksək məhsuldarlıqlı süni intellekt çipləri və batareyalarla təmin edilməsinə, habelə robotlar üçün yerli əməliyyat sisteminin hazırlanmasına dəstək verəcək. Hökumətin məlumatına görə, ölkənin tam texnoloji humanoid robot sistemi yaratmaq məqsədini 2031-ci ilədək reallaşdırması planlaşdırılır.

N.Adilqızı
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri