Cənubi Koreya millisinin baş məşqçisi Çexiya üzərində qələbəni şərh edib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Çexiyaya qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, asiyalı komandanın baş məşqçisinin açıqlamasını FIFA-nın mətbuat xidməti yayıb.
“Mundialda ilk qələbəmizi əldə etdik. Bu, çox çətin oldu. Nəticədən məmnunam, amma daha çox sevindirən məqam futbolçuların ikinci hissədə hesabda geri düşsələr də, təslim olmamalarıdır. Biz qələbə qazana biləcəyimizi bilirdik. Buna görə də oyunçularıma sona qədər mübarizəni davam etdirmələrinin vacibliyini dedim”.
Cənubi Koreya mundialdakı növbəti oyununu turnirin ev sahibi Meksikaya qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:DÇ 2026: Cənubi Koreya Çexiya sınağında YENİLƏNİR
11 İyun 2026 15:07
Çexiya millisinin baş məşqçisi istefa verib
15 Oktyabr 2025 20:23
Çexiya millisinin yeni baş məşqçisi AÇIQLANDI
19 Dekabr 2025 23:10
Cənubi Koreya media üzərində nəzarətin tətbiq olunduğunu elan edib
03 Dekabr 2024 19:08
Montella ABŞ üzərində qələbəni şərh edib
26 İyun 2026 11:51
Baxış sayı:170
Bu xəbər 12 İyun 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















