Cənubi Koreya ordusu artilleriya və dronlarla genişmiqyaslı təlimlər keçirir
Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
"Ordu düşmənin istənilən təxribatına operativ reaksiya vermək üçün döyüş hazırlığını artırmağa çalışacaq"
Cənubi Koreya hərbçiləri Qanqvon əyalətinin Qoseonq qraflığında gecə artilleriya atəşi həyata keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Renhap” məlumat yayıb.
Agentlik hərbçilərin sözlərindən sitat gətirib: "Ordu döyüş meydanında praktiki təlimlər keçirərək düşmənin istənilən təxribatına operativ reaksiya vermək üçün döyüş hazırlığını artırmağa çalışacaq".
Təlimdə 300-ə yaxın hərbçi, 40-a yaxın texnika, o cümlədən K9A1 özüyeriyən haubitsa, “Çunmoo” reaktiv yaylım atəşi sistemi, həmçinin əks batareya radarları və pilotsuz uçuş aparatları iştirak edir.
Hərbi rəsmilər bildirib ki, 600-ə yaxın mərmi Yapon dənizində Şimal Limit Xəttinin (NLL) cənubundakı sulara düşüb.
Qeyd olunub ki, ordu ötən ilin iyulundan bəri ilk dəfə Şimal Limit Xətti (NLL) yaxınlığındakı dəniz bufer zonasında belə təlimlər keçirib.


