Icma.az
close
up
RU
Cənubi Koreya polisi ölkə prezidenti ilə bağlı araşdırmalara başladı

Cənubi Koreya polisi ölkə prezidenti ilə bağlı araşdırmalara başladı

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Cənubi Koreya polisi ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı ölkə Prezidenti Yun Sok Yol barəsində araşdırmalara başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat verib.

"Hazırda dövlət başçısına qarşı iş gedir", - deyə o bildirib.

Xatırladaq ki, dekabrın 3-ü axşam saatlarında Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edib. O, parlamenti "dövlət əleyhinə fəaliyyətlərlə ölkəni iflic etməkdə" və Şimali Koreyaya rəğbət bəsləməkdə ittiham edib. Hərbi vəziyyətə görə, ölkədə siyasi fəaliyyət və etiraz aksiyaları qadağandır, media senzuraya məruz qalır.

Hərbi vəziyyətin elan edilməsi ilə bağlı texniki cəhətdən hələ də nüvə silahına malik Şimali Koreya ilə müharibədə olan Cənubi Koreyanın bütün hərbi hissələrinə fövqəladə vəziyyətə hazırlıqlarını gücləndirmək əmri verilib.

Bundan əlavə, hərbçilər Koreya Respublikası parlamentinə girişi bağlayıb və deputatların hərbi vəziyyətin ləğvi üçün səsvermələrinə mane olublar. Daha sonra deputatlar hərbi vəziyyətin ləğvinə səs verməyə nail ola biliblər.

İndi ölkə qanunvericiliyinə uyğun olaraq, Prezident Yun Sok Yol impiçment təhlükəsi altındadır. Cənubi Koreya prezidentinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə səsvermənin Milli Assambleyada 6-7 dekabr tarixində baş tutması nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri