Cənubi Koreya prezidenti müxalifətin səlahiyyətlərindən suiistifadə etdiyini bildirib
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Koreya Respublikasının Prezidenti Yun Seok Yeol bildirib ki, müxalifət impiçment hüququndan sui-istifadə edir,. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
“Müxalifətin yalançı demaqogiyanın köməyi ilə impiçmentə tələsməsinin səbəbi var. Müxalifət impiçmentdən sonra növbədənkənar prezident seçkilərinə ümid bəsləyir. Əgər parlamentdə impiçment elan olunarsa, iş Konstitusiya Məhkəməsinə göndərilir. Əgər hakimlər parlamenti dəstəkləsələr, 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir", -Yun Seok Yeol deyib.
Yun Seok Yeol həmçinin müxalifətin dövlət sistemini məhv etməyə, cinayətlərini gizlətməyə və ölkə hökumətini tabe etməyə çalışdığını iddia edib. Onun sözlərinə görə, konstitusiya quruluşunu sarsıdan məhz bu hərəkətlərdir. Prezident müxalifəti hökuməti devirmək cəhdində ittiham edib. Onun videomüraciəti 29 dəqiqə davam edib.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 12 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















