Cənubi Koreya Prezidenti Şimali Koreyaya daimi sülh təklif etdi
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cənubi Koreya Prezidenti Li Çje Myonq Şimali Koreyanı müvəqqəti atəşkəs əvəzinə daimi sülh razılaşmasına nail olmaq məqsədilə danışıqlara başlamağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Koreyanın Yaponiya işğalından azad edilməsinin ildönümü münasibətilə etdiyi çıxışda Li iki Koreyanın dinc yanaşı yaşamaq üçün danışıqlar aparmalı olduğunu bildirib.
O, atəşkəslə başa çatan 1950-1953-cü illər Koreya müharibəsinin sülh müqaviləsi ilə başa çatması üçün KXDR-i dialoqa çağırıb.
Li əlavə edib ki, müzakirələr zamanı Pxenyanın nüvə imkanlarını məhdudlaşdırmaq üçün təsirli tədbirlər də nəzərdən keçirilə bilər.
Cənubi Koreya prezidentinin sözlərinə görə, Seul gərginliyi azaltmaq üçün ehtiyatlı və ardıcıl addımlar atacaq, eskalasiyanın qarşısını almaq üçün çoxqatlı təhlükəsizlik tədbirləri yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 15 Avqust 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















