Cənubi Koreya rəsmisi Vaşinqtona səfər edəcək
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Vi Son Lak iyulun 6-dan 8-dək Vaşinqtona səfər edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə onun dəftərxanasından bildirilib.
Vi.Lakın ABŞ Prezidenti Donald Tramp və Cənubi Koreya Lideri Li Çje Myon arasında mümkün sammit təşkilini müzakirə edəcəyi gözlənilir.
Dəftərxananın bəyanatında qeyd olunub ki, səfər zamanı Cənubi Koreya və ABŞ arasında münasibətlərdə bütün aktual məsələlər üzrə müzakirələrin aparılması planlaşdırılır.
Bir gün əvvəl Cənubi Koreyanın ticarət naziri Yo Han Qu ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir və digər yüksək vəzifəli rəsmilərlə görüşmək üçün Vaşinqtona gedib.
Baxış sayı:59
Bu xəbər 05 İyul 2025 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















