Cənubi Koreyada göyərtəsində 267 sərnişin olan bərə saya oturub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Pekin, 19 noyabr, AZƏRTAC
Cənubi Koreyanın qərb sahil sularında üzən və göyərtəsində 267 sərnişin olan bərə saya oturub.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Cecu adasından Mokpo şəhərinə gedən “Queen Jenuvia” bərəsi yerli vaxtla saat 20:17-də (Bakı vaxtı ilə 15:17-də) Canqsan adasında saya oturub. Hadisə zamanı bərədə 246 sərnişin və 21 heyət üzvü olub.
Cənubi Koreya sahil mühafizə xidməti sərnişinləri və heyət üzvlərini təxliyə edib. Hadisə nəticəsində 5 sərnişin yüngül xəsarət alıb. Bərənin burnunda deşik açılsa da, su dolmayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Baxış sayı:81
Bu xəbər 19 Noyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















