Cənubi Koreyada “Nyukasl”ın futbolçusunun başına qeyri adi iş gəldi
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Nyukasl" sol cinah müdafiəçisi Metta Targetti qəribə olayla üzləşib. O, komanda ilə birgə Cənubi Koreyadan İngiltərəyə dönməyib. Sport24.az kluba yaxınlığı ilə seçilən jurnalist Frensis Çippə istinadən xəbər verir ki, rəhbərliyin unutqanlıığına görə futbolçu Seulda qalıb.
Mənbənin sözlərinə görə, komandaya İngiltərəyə çatandan sonra məlum olub ki, 29 yaşlı ingilis müdafiəçi kollektivdən ayrı düşüb. Bir müddət sonra rəsmilər futbolçunu Seulda unutduqlarını başa düşüblər. Klub nümayəndələri oyunçunun sağ-salamat olduğunu və tezliklə xüsusi reyslə komandaya ayıdacağını təsdiqləyiblər.
Qeyd edək ki, Targett 2022-ci ildən "Nyukasl"ın formasını geyinir. Müdafiəçi ötən mövsüm bütün turnirlərdə 7 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:40
Bu xəbər 06 Avqust 2025 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















