Icma.az
close
up
RU
Cənubi Koreyada parlamentə girişçıxış dayandırılıb, siyasi fəaliyyət qadağan olunub AZƏRTAC

Cənubi Koreyada parlamentə girişçıxış dayandırılıb, siyasi fəaliyyət qadağan olunub AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Pekin, 3 dekabr, AZƏRTAC

Cənubi Koreyada elan edilmiş fövqəladə hərbi vəziyyətlə əlaqədar parlament binasına giriş-çıxış dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Prezident Yun Sok Yolun televiziya ilə xalqa müraciətində Şimali Koreyanı dəstəkləyən qüvvələri aradan qaldırmaq və konstitusiya qaydasını dəstəkləmək üçün ölkədə fövqəladə hərbi vəziyyət elan etməsindən sonra müdafiə naziri ordunun komandanlığı ilə vacib görüş çağırıb, sayıqlığın artırılmasını tələb edib. Ordunun fövqəladə hazırlıq vəziyyətində olması əmr edilib.

Ordunun qərargah rəisi general Park An-sunun imzaladığı əmrlə yerli vaxtla saat 23:00-dan ölkədə bütün siyasi fəaliyyət, o cümlədən Milli Assambleya ilə əlaqəli siyasi fəaliyyət, yürüş və etiraz aksiyaları, siyasi partiyaların fəaliyyətini qadağan olunub. O, əmrin demokratiyanı və xalqın təhlükəsizliyini ölkəni təhdid edən anti-dövlət qüvvələrdən qorumaq üçün verildiyini bildirib. Əmr bütün media və nəşr fəaliyyətlərini də nəzarət altına alır. Bundan başqa, əmr bir neçə aydır davam edən interna-həkimlərin tətil aksiyasını dayandırıb, 48 saat ərzində işə başlamağı tələb edir. Əmrə əsasən hərbi vəziyyəti pozanlar həbs oluna və ya order olmadan axtarış edilə bilər.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş anti-dövlət fəaliyyətində ittiham edərək fövqəladə hərbi vəziyyət elan edib. O, televiziya müraciətində hərbi vəziyyətin Şimali Koreya meylli qüvvələrin aradan qaldırılmasına, konstitusiya quruluşunun qorunmasına yönəldiyini açıqlayıb. Bu qərar əsas müxalif qüvvə olan Demokratiya Partiyasının parlamentdə dövlət büdcəsinin azaldılmasını tələb edən qanun layihəsini irəli sürməsindən, habelə dövlət auditoruna və baş prokurora impiçment üçün vəsatət qaldırmasından sonra qəbul edilib. Hakim Xalqın Gücü Partiyasının lideri Han Donq-hun dövlət başçısının hərbi vəziyyət qərarını səhv addım hesab etdiyini, bu qərarı xalqla birlikdə bloklayacağını deyib.

Hərbi vəziyyətin elan olunmasından dərhal sonra Demokratiya Partiyası üzv deputatlarını təcili parlamentə çağırıb. Müxalif deputatlara hərbi vəziyyətin ləğvindən ötrü lazımi prosedura başlanmasını müzakirə etmək üçün iclas keçirmək tapşırılıb. Partiyanın lideri Li Ce-Myunq hərbi vəziyyətin elan olunmasını konstitusiyaya zidd hesab etdiyini, bu qərarın xalqa qarşı yönəldiyini bildirib. "Prezident Yun heç bir səbəb olmadan hərbi vəziyyət elan edib. Tezliklə tanklar, hərbi avtomobillər və silahlı əsgərlər ölkədə nəzarəti ələ alacaq”, - deyə Demokratiya Partiyasının lideri bildirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri