Cənubi Koreyanın mərkəzi bankı faiz dərəcələrini sabit saxlayıb
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreyanın mərkəzi bankı faiz dərəcələrini sabit saxlasa da, yumşalma siqnalı verib.
Banco.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı (BOK) fevral ayından bəri ortaya çıxan iqtisadi artıma yönəlik mühüm mənfi riskləri əsas gətirərək, monetar siyasət faizini sabit saxlayıb. Lakin qəbul edilən bu qərar qarşıdakı aylarda faiz endiriminin yenidən başlaya biləcəyinə işarə edib.
Mərkəzi Bank cümə axşamı yeddi günlük repo faiz dərəcəsini 2,75 faiz səviyyəsində saxlayıb. Bloomberg-in sorğusunda iştirak edən 24 iqtisadçıdan 15-i bu qərarı proqnozlaşdırmışdı. Digər 9 analitiksə rüblük (0,25 faiz bəndi) bir endirim gözləyirdi. Qərardan sonra von (Cənubi Koreya valyutası) dalğalı hərəkət etdi, fond bazarı indeksləri isə qazancını artırıb.
Qərardan sonra keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Ri Çan-Yonq bildirib ki, idarə heyətindəki altı üzvün hamısı növbəti üç ay ərzində faiz endiriminə açıqdır. 29 mayda faiz endiriminin olub-olmayacağı ilə bağlı sualı cavablandıran Ri deyib: “Bu açıqlama, keçmişlə müqayisədə faiz endirimi üçün daha güclü bir siqnal kimi şərh olunacaq.”
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 17 Aprel 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















