Icma.az
close
up
RU
Cənubi Koreyanın müdafiə nazirinin istefası QƏBUL EDİLDİ

Cənubi Koreyanın müdafiə nazirinin istefası QƏBUL EDİLDİ

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənubi Koreya Prezidenti Yoon Suk Yeol ona hərbi vəziyyət elan etməyi təklif edən müdafiə naziri Kim Yonq Hyunun istefasını qəbul edib.

Sfera.az bildirir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.  

Prezident Yoon Suk Yeolun elan etdiyi hərbi vəziyyət əvvəlcə parlamentin səsverməsi, daha sonra isə Nazirlər Şurasının təsdiqi ilə bir neçə saat ərzində ləğv edilib.

Müdafiə naziri Kim isə hərbi vəziyyət elan edərək narahatlıq və xaosa səbəb olduğu üçün vətəndaşlardan üzr istəyib. O, bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edərək, istefa vermək niyyətini Yoona çatdırıb.

Digər tərəfdən, müdafiə naziri Kim istefasını elan etməzdən bir qədər əvvəl müxalifət partiyaları parlamentə hərbi vəziyyətin elan edilməsinin qanunsuz olduğunu əsas gətirərək prezidentin impiçment prosesini başladan vəsatət təqdim ediblər.

Yoon Suk Yeol öz növbəsində Kim Yonq Hyunun yerinə ölkənin Səudiyyə Ərəbistandakı səfiri Çoi Byunq Hukun namizədliyini irəli sürüb. İstefada olan general Çoi 2019-2020-ci illərdə Cənubi Koreya-ABŞ Birləşmiş Qüvvələrinin komandanı vəzifəsində çalışıb.

Xatırladaq ki, Yoon Suk Yeol dekabrın 3-də müxalifətin “dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan edib.  Ardınca parlamentin fövqəladə iclasında hərbi vəziyyət qərarının ləğvi təklifi 190 deputatın səsi ilə qəbul edilib.  Bundan sonra geri addım atan Yeol nazirlər şurasını toplayıb və hərbi vəziyyətə son qoyduğunu açıqlayıb.

Günay 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Dekabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri