Icma.az
close
up
RU
Cənubi Koreyanın sabiq müdafiə naziri intihara cəhd edib

Cənubi Koreyanın sabiq müdafiə naziri intihara cəhd edib

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Koreya Respublikasının həbsdə olan sabiq müdafiə naziri Kim Yon Xen intihara cəhd edib.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Onun səhhəti hazırda normal olduğu bildirilir.

Sabiq nazir hərbi vəziyyət rejiminin tətbiqi ilə planın əsas iştirakçılarından biri hesab olunur.

Parlamentdəki dinləmələrdə Ədliyyə Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib ki, çərşənbə axşamı istintaq təcridxanasının əməkdaşı gecə yarısına az qalmış Kim Yon Xenin intihara cəhd etdiyini görüb.

“Onun fiziki sağlamlığının normal olduğu barədə hesabat alınıb”, - məmur deyib.

KİV-in məlumatına görə, Kim Yon Xen hərbi vəziyyət rejiminin tətbiqinə faktiki nəzarəti həyata keçirib. Ordunun Xüsusi Təyinatlı Qüvvələrinin komandanının sözlərinə görə, Müdafiə Nazirliyinin keçmiş rəhbəri hərbçilərə deputatları parlamentdən çıxarmaq barədə göstəriş verib.

Sabiq nazir konstitusiya quruluşunu devirmək üçün qiyamda şübhəli bilinir. Onun cinayət əməli sübuta yetirilsə, sabiq nazir ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər.

Qeyd edək ki, dekabrın 3-də axşam Cənubi Koreya Prezidenti Yun Sok Yol “Şimali Koreya tərəfdarı olan ünsürlərə” və parlament müxalifətinin hərəkətləri nəticəsində icra hakimiyyətinin iflic vəziyyətinə düşməsinə qarşı mübarizə məqsədilə hərbi vəziyyət tətbiq edib. Lakin təxminən 6 saat sonra hərbi vəziyyət rejimi ləğv edilib. Dekabrın 4-də müxalifət parlamentdə hərbi vəziyyət üçün əsas olmadığından prezidentin konstitusiyanı pozduğunu hesab edərək impiçment proseduruna başlayıb. Dekabrın 7-də isə Koreya Respublikası parlamentində Prezidentin impiçmentinə dair səsvermə keçirilib, lakin hakim partiyanın səsverməni boykot etməsi səbəbindən Prezident impiçmentdən yayınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri