Icma.az
close
up
RU
Cənubi Qafqaz uğrunda Amerikansayağı MÜBARİZƏ: “ABŞ üçün ən etibarlı tərəfdaş məhz Azərbaycandır”

Cənubi Qafqaz uğrunda Amerikansayağı MÜBARİZƏ: “ABŞ üçün ən etibarlı tərəfdaş məhz Azərbaycandır”

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

“Bakı-Vaşinqton münasibətlərinin perspektivlərinə gəldikdə, burada böyük gözləntilər var. Son illərdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərdə müəyyən soyuqluq müşahidə olunurdu. Hətta bəzi hallarda bu münasibətlər gərgin müstəviyə keçə bilirdi”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

Millət vəkili Davosda Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibədə ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərinə toxunub.

“Məsələn, Entoni Blinkinin zəngi və ya Ağ Evdən gələn hər hansı bir mesaj vəziyyəti müəyyən qədər nizamlayırdı. Bununla belə, demokratlar ermənipərəst mövqelərindən əl çəkmir, müxtəlif kanallar vasitəsilə Ermənistan üzərində təsir göstərərək ermənipərəst siyasət yürüdürdülər. Bu da Azərbaycanda ikrah hissi ilə qarşılanırdı. Demokratların erməni lobbisi ilə birlikdə eyni tandemdə hərəkət etməsi Azərbaycan xalqında ciddi narazılıq yaradırdı. Co Baydenin prezidentlik müddətinin son aylarında – noyabr seçkiləri ərəfəsində – demokratlar hərbi sahədə əməkdaşlığın inkişafı kimi addımlara əl atırdılar. Hətta həmin dövrdə ABŞ-də keçiriləcək seçkilərlə bağlı Prezident İlham Əliyevə ünvanlanan suallara cavab olaraq, Azərbaycanın Donald Trampla bağlı konkret mövqeyi ifadə olunurdu. Bildirilirdi ki, Trampın müdafiə etdiyi dəyərlər Azərbaycan Respublikasının milli maraqlarına və Azərbaycan xalqının dəyərlər sisteminə daha uyğundur. Azərbaycan ilə Respublikaçılar Partiyası arasında həmişə işgüzar və praqmatik münasibətlər mövcud olub”, – deyə A. Allahverənov söyləyib.

Deputatın fikrincə, Trampın hakimiyyəti dövründə bu münasibətlər inkişaf edən xətt üzrə davam edirdi:

“Eləcə də qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan siyasət həyata keçirilirdi. Bu, Ermənistanı narahat edirdi və Bayden dönəmində də dəfələrlə vurğulanırdı. Yəni Donald Trampın xarici siyasət kursu Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişaf etməsi üçün əlverişli zəmin yaradırdı. Ümumilikdə, dövlətlər öz xarici siyasətlərini Ermənistanla olan münasibətlər fonunda formalaşdırmamalıdırlar. Lakin Co Bayden administrasiyası Ermənistanla münasibətləri prioritet hesab edərək Azərbaycanla əlaqələri bu mövqedən tənzimləyirdi. Nəticədə, Azərbaycanın haqlı mövqeyi daha aydın şəkildə özünü büruzə verirdi. Trampın xarici siyasət kursu, xüsusilə Cənubi Qafqaz bölgəsində fərqli yanaşmalar ortaya qoyur. Bu yanaşmalar geosiyasi və geoiqtisadi maraqlara əsaslanaraq həyata keçirilir”.

Müsahibimiz hesab edir ki, Azərbaycan təkcə Cənubi Qafqaz deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemində nüfuz sahibi olan bir dövlətdir:

“Azərbaycan həm də Çin və digər nəhəng dövlətlər üçün etibarlı tərəfdaşdır. ABŞ də Azərbaycanı bu kontekstdə görür və yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin daha da intensivləşəcəyi gözlənilir. Yeni sənədlərin imzalanması və digər mühüm addımların atılması istisna edilmir. Donald Trampın Cənubi Qafqazda gedən proseslərə müdaxilə etməmək niyyəti özünü göstərir. Bayden administrasiyasının Ermənistanla münasibətləri çərçivəsində imzalanmış bəzi sənədlər bu gün baş verən proseslərə təsir edir. Lakin görünən odur ki, Tramp məsələyə daha qlobal prizmadan yanaşaraq, konfrontasiyadan çəkinir. Onun əsas məqsədi hərbi ritorikanın səngidilməsi və iqtisadi maraqların ön plana çəkilməsidir”.

“Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsi və Rusiya-Ukrayna müharibəsi fonunda baş verən proseslər Trampın bu istiqamətdə atdığı addımları təsdiqləyir. Trampın Putinə və Zelenskiyə yanaşması da göstərir ki, o, konfrontasiyanı aradan qaldırmaq və sülh prosesini gücləndirmək niyyətindədir. Cənubi Qafqazda da ABŞ üçün ən etibarlı tərəfdaş məhz Azərbaycan Respublikasıdır. Tramp administrasiyasının siyasi kursunun Azərbaycan Respublikasının maraqları ilə üst-üstə düşməsi münasibətlərin daha da dərinləşməsinə və qarşılıqlı maraqların təmin olunmasına səbəb olacaq. Mövcud gözləntilər də məhz bunun üzərində qurulub”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Fevral 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri